• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

25 APREL 2017

"ASAN xidmət" mərkəzində “Tütündən imtina səyyar kabineti” fəaliyyətə başladı (FOTO)

24 aprel 2017-ci ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində “Tütündən imtina səyyar kabineti” fəaliyyətə başladı. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və ASAN Könüllüləri Təşkilatı ilə birgə təşkil olunan ictimai aksiya 3 gün davam edəcək. Bu müddət ərzində 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edən vətəndaşlara İSİM-in həkimi konsultativ məsləhətlər verəcək, onlara tütündən imtina ilə bağlı yardım göstərəcək. Aksiya ərzində ASAN könüllüləri hər hansı xidmətlə bağlı müraciət edən və gözləmə müddətində olan vətəndaşları tütündən imtina kabinetindən faydalanmağa dəvət edəcək, onlara tütünün zərərləri, tütün tüstüsünün təsirindən yaranan xəstəliklər və İSİM tərəfindən hazırlanmış digər maarifləndirici materiallar paylayacaqlar. 

Media nümayəndələri tərəfindən böyük maraqla qarşılanan aksiya zamanı İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Sədinə Babazadə və Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev KİV nümayəndələrinə kameralar qarşısında təbdirin keçirilməsində məqsəd, əhalinin sağlımlığının qorunması istiqamətində tütünlə mübarizənin əhəmiyyətindən danışdılar.

Qeyd edək ki, aksiya “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın müvafiq bəndlərinə uyğun olaraq həyata keçirilir və əhali arasında tütüncəkmənin əsas risk faktoru olan qeyri-infeksion xəstəliklərin profillaktikasına yönəlib. 

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.