• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

24 APREL 2017

Tələbələr tütünlə mübarizəyə dair panel müzakirələrə qoşuldular (FOTO)

21 aprel 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tütünə qarşı mübarizəyə dair məsələlərin panel müzakirəsi aparıldı. Tədbir Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və ASAN Könüllüləri Təşkilatı ilə birgə təşkil olunmuşdu. Akademiyanın tələbələri və ASAN könüllülərin iştirakı ilə keçən tədbirdə tütünə qarşı mübarizəyə dair yeni qanunveriçilik layihəsinin müzakirəsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əbdüləli Abdullayev giriş sözü ilə çıxış edərək bildirdi ki, cəmiyyətimizdə ildən-ilə artan və cavanlaşan tütüncəkmə problemi tütünlə mübarizəyə dair ölkə qanunvericiliyinin daha da gücləndirilməsi ehtiyacını yaratdı: “Əhalimizin, gənclərimizin sağlamlığının qorunması məsələsi dövlətimiz tərəfindən daim diqqətlə izlənilir, odur ki, bu qanun layihəsi yenidən müzakirə olunur və təkminləşdirilir ”.

ASAN Xidmət-in İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev tütünün zərərli təsirlərindən söz açaraq, onun ağır xəstəliklər yaratdığını bir daha vurğuladı: “İnsanların əksəriyyəti bilir ki, siqaret çəkmək zərərlidir, lakin bu zərərin nə qədər təhlükəli olduğununu bilənlər azdır”.  

İştirakçıların böyük maraqla qarşıladığı İSİM-in mütəxəssislərinin təqdimatında qeyd edildi ki, tütün epidemiyası ictimai səhiyyə problemi çərçivəsindən çıxaraq törətdiyi təhlükələrə görə artıq qlobal miqyas almışdır. Bildirildi ki, bu gün tütün çəkənlərlə yanaşı, çəkməyən, lakin ictimai məkanda, iş yerlərində tütün tüstüsü ilə nəfəs almaq məcburiyyəti qarşısında qalan insanlar sağlamlıqla bağlı eyni təhlükələrlə qarşılaşmaq riski ilə üz-üzə qalırlar. Acınacaqlı faktdır ki, ildə 600 min insanın passiv tütünçəkmə səbəbindən vaxtından əvvəl dünyasını dəyişməsi də ailələrin və dövlətlərin əvəzolunmaz itkiləridir. Problemin miqyasını nəzərə alaraq Ümumdünya Səhiyyə Assambleyası tərəfindən 2003-cü ildə Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası qəbul edildi və 2005-ci ildə qüvvəyə mindi. Bu günədək Çərçivə Konvensiyasına 180 ölkə, o cümlədən 2005-ci ildə Azərbaycan da qoşulub. Beləliklə, Çərçivə Konvensiyası tütün epidemiyasına qarşı qlobal mübarizədə ilk addım oldu və ona qoşulan Tərəf ölkələr müəyyən öhdəlikləri üzərinə götürdülər.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev çıxışında bir daha vurğuladı ki, bu gün Azərbaycan tütünlə mübarizənin yeni mərhələsinə qədəm qoyur və bunun üçün ölkədə əlverişli imkanlar, həmçinin güclü dəstək mövcuddur: “Tütün epidemiyası ilə mübarizə hazırda dünyanın əksər ölkələrində qarşıda duran ən mühüm prioritetlərdən biridir. Tütün tüstüsü səbəbindən yaranan qeyri-infeksion xəstəliklərdən hər il 6 milyon insan dünyasını dəyişir, eyni zamanda tütün epidemiyası ilə əlaqəli xərclər, o cümlədən səhiyyə xərclərinin artması və iş qabiliyyətli əhalinin məhsuldarlığının azalması ildə 1,4 trilyon ABŞ dolları həcmində qlobal iqtisadi itkilərə gətirib çıxarır”.

Müzakirə və çıxışlarda bildirildi ki, Azərbaycanda tütünlə mübarizə sahəsində bir çox işlər görülüb və bundan sonra da məqsədyönlü tədbirlərin gücləndirilməsinə  ehtiyac var. Bu baxımdan, tütünlə mübarizə sahəsidə hazırlanan yeni Qanun layihəsi Azərbaycan Respublikası əhalisinin, xüsusilə də uşaq, yeniyetmə və gənclərin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği, tütün tüstüsünün təhlükələrindən mühafizəsi məqsədilə daha əhəmiyyətli, səmərəli hüquqi əsasları müəyyən edir. 

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.