Texniki Humanitar Liseydə "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

9 ОКТЯБРЯ 2018

Texniki Humanitar Liseydə "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda tədbir keçirildi

9 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatşılığı ilə Texniki Humanitar Liseydə maarifləndirici tədbir keçirildi.

İSİM-in həkim-metodistİ Lətafət Dadaşova "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda təqdimatla çıxış edərək, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar, fiziki və psixi asılılıq barədə gəncləri məlumatlandırdı. 

Narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaratdığını qeyd edən natiq, narkomaniya ilə mübarizədə dəstək olaraq gənclərin ətrafı, ailə, dostlar, və oxuduqları təhsil müəssisələrinin də önəmli yer tutduğunu vurğuladı.

İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər barədə danışaraq həyata keçirilən proqram və layihələr barədə məlumat verdi, gənclərə müvafiq tövsiyələrini çatdırdı: “Bu bəşəri problemə qarşı mübarizə çox ciddi məsuliyyət və zaman tələb edir. Məhz bu səbəbdəndir ki, Azərbaycanda narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsas məsələlərindən biri hesab olunmaqdadır.”

Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.