• İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər
  • İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzvlük haqqı qazandı

NEWS all news

27 DECEMBER 2016

İSİM-də “QİX-in risk faktorlarının araşdırılması” sorğusunda sahə işlərinin qiymətləndirilməsi üzrə görüş keçirildi

Bütün dünyada qeyri-infeksion xəstəliklərin (QİX) artan dinamikası artıq bəşəriyyət üçün ləng mexanizmli bombaya çevrilib. Buna səbəb kimi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarında QİX-in əsas risk faktorlarından biri və demək olar ki, birincisi - qeyri-sağlam həyat tərzi göstərilir. Statistik məlumatlara əsasən Azərbaycanda da QİX-in səbəb olduğu xəstəliklərdən ölüm halları ildən-ilə artmaqdadır. Bu faktları nəzərə alaraq, respublikada QİX-in risk amillərinin araşdırılması üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən cari ilin noyabr-dekabr aylarında əhali arasında sorğu keçirildi. Sorğu Səhiyyə Nazirliyinin 07.03.2016-cı il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın 9.4.2-ci bəndinə uyğun olaraq həyata keçirildi. 

Sorğu bitdikdən sonra 26 dekabr tarixdə İSİM-də QİX-in risk amillərinin araşdırılmanın sahə işlərinin qiymətləndirilməsi üzrə görüş keçirildi. Sorğuya cəlb olunmuş intervüyerlərin və İSİM-in əməkdaşlarının iştirakı ilə baş tutan tədbirdə aparılmış araşdırmanın uğurları və çətinlikləri müzakirə olundu. Tədbiri aparan İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Xatirə Hüseynova nəticədə QİX-in risk faktorlarının yayılmasının tədqiqi protokolunun tərtib edilməsinə yönələn bu sorğunun ÜST-nin STEP metodologiyası əsasında təşkil olunduğunu söylədi. X.Hüseynova həmçinin qeyd etdi ki, bu sorğu əhali arasında QİX-in risk amillərinin mövcud vəziyyətini aşkar etməklə, 2020-ci ildə araşdırılacaq vəziyyətlə müqayisəli təhlil aparmağa köməklik göstərəcək.

Qeyd edək ki, sorğuda əsasən bədən çəkisi, qan təzyiqi, qarının dairəvi ölçüsünü təyin etməklə bərabər əhali arasında sağlam və qeyri-sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərə meyillilik də araşdırıldı.

Sorğunun nəticələri bütün əldə olunmuş məlumatların yekun təhlilindən sonra ictimaiyyətə açıqlandırılacaq. Hal-hazırda sorğu məlumatlarının təhlili və hesabatın hazırlanması işi aparılır.