Elektron səhiyyə standartları üzrə mütəxəssis, Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

VAKANSİYALAR BÜTÜN VAKANSİYALAR

Vakansiyanın adı – Elektron səhiyyə standartları üzrə mütəxəssis 1.0 ş.v

Struktur vahidinin adı – Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsi

Vəzifə funksiyaları –  Beynəlxalq elektron səhiyyə standartlarının uyğunlaşdırılması. Milli elektron səhiyyə standartlarının hazırlanması və təkmilləşdirilməsi.

İş vaxtı - Şənbə və bazar günlərindən başqa hər gün saat 9-dan 17-30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil  - Səhiyyə və ya informasiya texnologiyaları sahəsində ali təhsil.

İş stajı – Səhiyyə idarəçiliyi və ya tibbi informasiya texnologiyaları sahəsində iş təcrübəsi.

Dilləri bilmə  - azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və ingilis dillərini əla bilənlərə üstünlük verilir).

Kompüter bilikləri  -  MS office (Word, Excel, Power Point), MS Outlook və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqlar  – Tibbi informasiya texnologiyalarına maraq və onlarla iş, sərbəst iş görmə qabiliyyəti, distansiyon idarəetmə təcrübəsi; bilik və bacarıqlarını inkişaf etdirə bilmə, stres şəraitində işləyə bilmə və son iş icra tarixlərinə riayət olunmanın təmin edilməsi bacarıları.

Vakansiyalar və işə qəbulla bağlı tələb olunan sənədlər haqqında ətraflı məlumat əldə etmək üçün (012) 430 14 86 telefon nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

Vakansiya ilə maraqlanan şəxslər yalnız Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) CV formasını dolduraraq [email protected] elektron ünvanına, Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər. CV-lər həmçinin İSİM-in Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər həftənin I-V günləri saat 9:30-dan 12:30-dək qəbul olunur.

Namizədlərin nəzərinə! İSİM-ə işə qəbulla bağlı müraciət edənlərdən yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını buradan yükləyə bilərsiniz.