Azərbaycanda STEPS Tədqiqatı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

İcraatda olan layİhələr bütün layİhələr

Azərbaycanda STEPS Tədqiqatı YENİLƏNİB: 1 NOYABR 2024

Azərbaycan Respublikası Səhiyyə NazirliyininÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ölkəmizdə qeyri-infeksion xəstəliklərin (QİX) risk faktorlarının monitorinqi üzrə STEPS tədqiqatı həyata keçirilir.

STEPS nədir?
STEPS – ÜST tərəfindən hazırlanmış və artıq 100-dən çox ölkədə tətbiq olunan standart metodologiyadır. Tədqiqat aşağıdakı risk faktorları haqqında məlumat toplamaq məqsədi daşıyır:

Tütün və alkoqol istifadəsi;

Aşağı fiziki aktivlik;

Sağlam olmayan qidalanma (o cümlədən meyvə-tərəvəz və duz istehlakı);

Piylənmə, hipertenziya, qanda şəkər və lipidlərin artması;

Depressiya əlamətləri, zorakılıq və travma;

Süd vəzi və uşaqlıq boynu xərçəngi üçün skrininq;

Tütün siyasəti haqqında ictimai rəy.

Metodlar
Tədqiqat 3 mərhələdən ibarətdir:

Sorğu aparılması;

Fiziki ölçmələr (boy, çəki, bel və omba çevrəsi, təzyiq);

Qan nümunəsinin götürülməsi (qanda şəkərin və xolestrolun miqdarının təyini üçün).

İştirakçılar Azərbaycanın bütün bölgələri üzrə təsadüfi seçmə üsulu ilə müəyyən edilir. Bütün məlumatlar tam məxfi saxlanılır.

Bu, niyə vacibdir?
Toplanan məlumatlar qeyri-infeksion xəstəliklərin qarşısının alınması və ictimai sağlamlığın gücləndirilməsi üçün vacib proqramların planlaşdırılmasına kömək edəcək. Nəticələr
in təhlil edilərək analiz olunması, əhalinin sağlamlığının qorunması və müdafiəsi üçün nəzərdə tutulan müxtəlif proqramlarda istifadəsi nəzərdə tutulur.

Azərbaycanda bu tədqiqat daha əvvəl də həyata keçirilmişdir. Əvvəlki mərhələnin nəticələri ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://www.isim.az/upload/File/docs/STEPS_Azerbaijan_2017_az.pdf

Cari tədqiqat 2025-ci ilin iyunsentyabr aylarında keçirilir.

Əlavə suallar üçün bizimlə əlaqə saxlayın:
www.isim.az, e-mail: [email protected] , tel: + 994124316139

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS:  Qəhrəman Haqverdiyev

ƏLAQƏ: [email protected]