Polis Akademiyasında “Tütünlə mübarizənin əsas istiqamətləri” mövzusunda tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 29 NOYABR 2019

www.azertag.az

Polis Akademiyasında “Tütünlə mübarizənin əsas istiqamətləri” mövzusunda tədbir keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında zabit və kursantların iştirakı ilə “Tütünlə mübarizənin əsas istiqamətləri” mövzusunda tədbir keçirilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSIM) tərəfindən “Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil edilən tədbirin əsas məqsədi gənc nəsli tütünçəkmənin və tütün tüstüsünün zərərli təsiri ilə bağlı bir daha maarifləndirmək, eyni zamanda, tütünlə mübarizənin əsas istiqamətləri barədə gələcək asayiş keşikçilərini ətraflı məlumatlandırmaq olub.

Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

Tədbirdə çıxış edən DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq elmləri doktoru Nazim Əliyev ölkəmizdə gənclərin xüsusi qayğı ilə əhatə olunduğunu bildirib. N.Əliyev yeni nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açan İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, ölkəmizdə tətbiq olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun mahiyyəti tütün məmulatlarından istifadə etməyən insanların, habelə tütün məmulatlarından istifadə edən insanların da sağlamlıqlarının mühafizəsidir.

İSİM-in ictimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev geniş təqdimatla çıxış edərək, tütünün insan orqanizminə və ətraf mühitə zərərli təsiri barədə ətraflı məlumat verib: “Yanan siqaret 7 mindən çox müxtəlif kimyəvi maddə, o cümlədən 70-dən çox xərçəng xəstəliyi yaradan maddə istehsal edir. Tütünçəkmə nəticəsində hər gün ətraf mühitə 10 milyard toksik siqaret kötüyü atılır və il ərzində siqaret kötüklərindən 770 min ton tullantı əmələ gəlir”.

Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin bölmə müdiri Adil Vəliyev tütünçəkmə ilə mübarizədə dövlətin dəstəyini, qəbul olunan qanunların və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyət” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquliyev təqdimatla çıxış edərək, tütün əleyhinə tədbirlərin həyata keçirilməsində polisin rolu barədə ətraflı məlumat verib.

İSİM-in səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva gəncləri zərərli vərdişlərdən uzaq olmağa və tütündən istifadənin azaldılması istiqamətində ölkəmizdə aparılan təbliğat və təşviqat işlərinə töhfə verməyə çağırıb.

Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar paylanılıb.

https://azertag.az/xeber/Polis_Akademiyasinda_Tutunle_mubarizenin_esas_istiqametleri_movzusunda_tedbir_kechirilib-1360970