“Tütünlə mübarizə tədbirlərinin monitorinqi” mövzusunda təlim keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 26 SENTYABR 2019

www.azertag.az

“Tütünlə mübarizə tədbirlərinin monitorinqi” mövzusunda təlim keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində “Tütünlə mübarizə tədbirlərinin monitorinqi” mövzusunda təlim keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri, ictimai səhiyyə mütəxəssisləri iştirak ediblər.

Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

Tədbirdə çıxış edən İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun tətbiq olunması əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır: “Prezident tərəfindən imzalanan bu Qanunun məqsədi tütün məmulatlarından istifadə etməyən insanların, habelə tütün məmulatlarından istifadə edən insanların da sağlamlıqlarının mühafizəsidir, çünki qapalı məkanlarda tütünçəkmənin fəsadları daha ağır, daha təhlükəlidir. İctimai yerlərdə, idarə və müəssisələrdə, qapalı ərazilərdə tütündən istifadəyə qoyulan qadağanın mahiyyəti budur”.

İSİM-in ictimai səhiyyə şöbəsinin müdiri Tofiq Musayev geniş təqdimatla çıxış edərək vurğulayıb ki, tütündən istifadə dünyada səkkiz əsas ölüm səbəbindən altısına dair əsas risk faktorudur: “Dünya Səhiyyə Təşkilatının açıqladığı statistik məlumata görə, hər il 8 milyon insan tütünçəkmə səbəbindən vaxtından əvvəl dünyasını dəyişir, onların 1 milyonu passiv tütünçəkənlərdir, yəni özləri istifadə etməsə də, tütün tüstüsünün zərərli təsirinə məruz qalan şəxslərdir”.

Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin bölmə müdiri Adil Vəliyev tütünlə mübarizə sahəsində məqsədyönlü nəzarət tədbirlərinin əhəmiyyətini vurğulayaraq, hər kəsi bu istiqamətdə görülən işlərə töhfə verməyə çağırıb.

İSİM-in səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva tütünçəkmə ilə mübarizədə təbliğat və təşviqatın, maarifləndirici tədbirlərin, çap materiallarının böyük rol oynadığını bildirib: “İnsanların bu zərərli vərdişdən imtina etməsinə, ölkəmizdə tütündən istifadənin ildən-ilə azalmasına nail olmaq üçün müasir vasitələrdən də istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən hazırlanan “Tütündən imtina et” mobil əlavəsi bu zərərli vərdişdən xilas olmaq istəyənlər üçün faydalı vasitədir”.

İSİM-in səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə “Tütünlə mübarizə tədbirlərinin monitorinqi – əsas prinsiplər və tövsiyələr” mövzusunda geniş təqdimatla çıxış edərək, tütünçəkmənin qadağan olunduğu yerlərdə aparılan müşahidə tədqiqatının nəticələri barədə ətraflı məlumat verib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.

Yekunda təlimin fəal iştirakçılarına sertifikatlar təqdim olunub.

https://azertag.az/xeber/Tutunle_mubarize_tedbirlerinin_monitorinqi_movzusunda_telim_kechirilib-1334930