İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru: Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişaf tarixini yazıb | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 12 İYUN 2019

www.azertag.az

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru: Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişaf tarixini yazıb

Ulu öndər Heydər Əliyev özünün zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti ilə yalnız adını tarixə yazmayıb. O, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi tarixini, Azərbaycanın müxtəlif sferalarının, o cümlədən səhiyyənin inkişaf tarixini yazıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev söyləyib. O deyib: “Olduqca ağır, mürəkkəb bir dövrdə islahatlar aparmaq, uğurlara imza atmaq asan deyildi. Yenicə istiqlaliyyət qazanan və hələ iqtisadi cəhətdən möhkəmlənməmiş ölkədəki çətin vəziyyət, üstəlik Ermənistanın etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı 1 milyon qaçqın və məcburi köçkünün olması səhiyyəni prioritet sahə kimi inkişaf etdirməyə imkan vermirdi. 1993-cü il iyunun 15-də müstəqillik yolu ilə addımlayan xalqının köməyinə gələn Heydər Əliyevin əzmkarlığı, xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Ulu Öndər Azərbaycanda hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, amma heç şübhəsiz ki, onun üçün əsas məsələ – əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşması idi. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” və sair qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. Ulu öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edir.

Ulu Öndərin imzaladığı qanunlardan birini xüsusilə vurğulamaq istərdim. 1918-ci il iyunun 17-də Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təşkil edilən Səhiyyə Nazirliyinin yaranma tarixi şərəfinə 17 iyun günü 2001-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan tibb işçilərinin peşə bayramı günü elan edildi. Həmin il peşə bayramı ərəfəsində ulu öndər Heydər Əliyevin tibb işçilərinə göndərdiyi ilk təbrik məktubunda deyilirdi: “Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz”. Biz səhiyyə işçiləri də əminliklə deyə bilərik ki, Azərbaycan xalqının hər bir nümayəndəsinin sağlamlığının qorunması, xalqımızın demoqrafik göstəricilərinin yaxşılaşması hər zaman Ulu Öndərimizin diqqət mərkəzində idi. Onun prezidentliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli iş görüldü, tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi.

Xalqımıza böyük məhəbbətlə, sədaqətlə xidmət edən Ulu Öndərin amallarına sadiq olan müasir Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə bu gün həyata keçirilən Dövlət Proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin proqfilaktikasına, əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.

https://azertag.az/xeber/Ictimai_Sehiyye_ve_Islahatlar_Merkezinin_direktoru_Heyder_Aliyev_Azerbaycan_sehiyyesinin_inkisaf_tarixini_yazib-1293776