• İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • ATU-da “İctimai səhiyyə və peşə xəstəlikləri” mövzusunda konfrans oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 6 FEVRAL 2019

azertag.az

Tibb müəssisələrində keyfiyyəti idarəetmə sisteminə həsr olunan təlimlər keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ukraynanın Qanunvericilik və Keyfiyyətə Nəzarət Beynəlxalq Texniki Məktəbi tərəfindən "Tibb müəssisələrində keyfiyyəti idarəetmə sistemi üzrə mütəxəssis" mövzusunda təlimlər keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, üç gün davam edən təlimin ilk günündə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, səhiyyədə idarəetmə üzrə təlim proqramlarının həyata keçirilməsi və keyfiyyəti idarəetmə sistemi üzrə səhiyyə mütəxəssislərinin hazırlanması səhiyyə sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır.

Ukraynadan dəvət olunmuş mütəxəssis Yelena Ramazanova iştirakçılara tibbi xidmət keyfiyyətinin idarəetmə xüsusiyyətləri, xidmət keyfiyyətinin təminatı sahəsində Dünya Səhiyyə Təşkilatının konsepsiyası, keyfiyyəti idarəetmə prinsipləri barədə məlumat verib, MDB və Avropa İttifaqı ölkələrində əhalinin sağlamlıq vəziyyəti arasındakı fərqlər barədə statistik məlumatları diqqətə çatdırıb.