“Uşaqların sağlamlığı sahəsində inkişafın ölçülməsi” mövzusunda seminar keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 22 NOYABR 2018

azertag.az

“Uşaqların sağlamlığı sahəsində inkişafın ölçülməsi” mövzusunda seminar keçirilib

Noyabrın 20-22-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaqların sağlamlığı sahəsində inkişafın ölçülməsi” mövzusunda seminar keçirilib. Tibb işçiləri üçün nəzərdə tutulan seminarda Səhiyyə Nazirliyinin, Elmi Tədqiqat Pediatriya İnstitutunun, Respublika Perinatal Mərkəzinin, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, Bakı Baş Səhiyyə İdarəsinin, İSİM-in mütəxəssisləri, həkimlər iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək ölkəmizdə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu və bu istiqamətdə mühüm tədbirlər görüldüyünü qeyd edib. O, monitorinqin və onun əsasında təhlillərin aparılmasının əhəmiyyətini vurğulayaraq, ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sisteminin yaradılmasının Dövlət Proqramında, Səhiyyə Nazirliyinin Tədbirlər Planında yer alan əsas məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Southampton Universitetinin demoqrafiya üzrə elmlər namizədi Endryu Çannon seminar iştirakçılarını səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə işinin aparılmasına dair təlimatlarla tanış edib. Ekspert ümumi səhiyyə sistemlərinin qiymətləndirilməsi üzrə ən çox istifadə edilən təhlil metodları, əsas göstəricilərdən istifadə barədə ətraflı məlumat verərək Azərbaycan üzrə uşaqların sağlamlıq göstəriciləri ilə bağlı geniş təqdimatla çıxış edib. Səmərəli fikir mübadiləsi şəraitində keçən seminarda səhiyyə sistemləri nəzəriyyəsi, qiymətləndirmə və çərçivə, göstəricilərin hesablanması və qruplaşdırılması, göstəricilərə ümumi baxış: sistem nəzəriyyəsi mövzuları üzrə qrup müzakirələri aparılıb, nəticələr təhlil olunub.

Qeyd edək ki, Southampton Universitetinin sosial statistika və demoqrafiya fakültəsində çalışan, müxtəlif ölkələrdə UNICEF və Dünya Səhiyyə Təşkilatı ilə iş təcrübəsinə malik Endryu Çannon tərəfindən keçirilən təlimlərin əsas məqsədi səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə çərçivəsini daha geniş kontekstdə izah etməkdir.