• Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • ATU-da “İctimai səhiyyə və peşə xəstəlikləri” mövzusunda konfrans oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 22 NOYABR 2018

report.az

Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması üçün monitorinq sistemi yaradılacaq

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaqların sağlamlığı sahəsində inkişafın ölçülməsi” mövzusunda seminar keçirilib.

"Report"un məlumatına görə, İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxışında ölkədə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu və bu istiqamətdə mühüm tədbirlər görüldüyünü bildirib. 

O, monitorinqin və onun əsasında təhlillərin aparılmasının əhəmiyyətini vurğulayaraq, ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sisteminin yaradılmasının Dövlət Proqramında, Səhiyyə Nazirliyinin Tədbirlər Planında yer alan əsas məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Southampton Universitetinin demoqrafiya üzrə elmlər namizədi Endryu Çannon (Andrew Channon) seminar iştirakçılarını səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə işinin aparılmasına dair təlimatlarla tanış edib. 

Qeyd edək ki, Southampton Universitetinin Sosial statistika və demoqrafiya fakültəsində çalışan, müxtəlif ölkələrdə UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə iş təcrübəsinə malik Endryu Çannon tərəfindən keçirilən təlimlərin əsas məqsədi səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə çərçivəsini daha geniş kontekstdə izah etməkdir.