Qeyri-infeksion xəstəliklər üzrə I Milli Konfrans | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 29 DEKABR 2017

www.tibbqazeti.az

Qeyri-infeksion xəstəliklər üzrə I Milli Konfrans

Azərbaycan Tibb Universitetində (ATU) “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusuna həsr olunmuş I Milli Konfrans keçirilib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyədə də son illərdə sürətli inkişaf getdiyini bildirib: “Bu istiqamətdə aparılan siyasətin məqsədi insan sağlamlığının, xəstəliklərin qarşısının alınması, xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasıdır. Bunun bariz nümunəsi kimi ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nı göstərmək olar. Bu strategiyanın qəbul edilməsindən sonra Səhiyyə Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb, buna uyğun olaraq bir çox istiqamətdə işlər görülür”.
Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva hazırda qeyri-infeksion xəstəliklərin dünyada ən geniş yayılmış epidemiya olduğunu deyib: “Bu xəstəliklər hər gün minlərlə insanın ölümünə səbəb olur və ya sağlamlığına təhlükə yaradır. Bir çox inkişaf etmiş ölkələr kimi, Azərbaycan da bu təhlükəli epidemiya ilə mübarizəyə bir neçə il əvvəl qoşulub. Strategiyanın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin əmri ilə aidiyyətli dövlət orqanlarının nümayəndələri də daxil olmaqla, icra və əlaqələndirici işçi qrupu yaradılıb. Bu istiqamətdə əhalinin sağlamlığının yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün tibbi xidmətin keyfiyyətinin artırılması, bu sahədə informasiya imkanlarının genişləndirilməsi, tədqiqatların aparılması, eləcə də bu xəstəliklərlə bağlı monitorinqlərin həyata keçirilməsi əsas vəzifələrdəndir. Bu xəstəliklərlə təkcə Səhiyyə Nazirliyi deyil, ümumiyyətlə, bütün cəmiyyət məşğul olmalıdır”.
İSİM-in direktoru Ceyhun Məmmədov bildirib ki, bu konfrans qeyri-infeksion xəstəliklər üzrə strategiyanın tətbiqi ilə bağlı qarşıda duran vəzifələrin həyata keçirilməsində əhəmiyyətli addımdır: “İnanıram ki, bu sahədə səylərimizi birləşdirərək qarşıda qoyulan hədəflərə uğurla nail ola bilərik”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında konfransın təşkilinə görə əməyi keçən hər kəsə təşəkkür edib: “Parlamentdə də bu xəstəliklərlə mübarizəyə dair bir sıra müzakirələr aparılır. Hesab edirəm ki, səhiyyə işçiləri də bu sahədə üzərlərinə düşən işlərin öhdəsindən layiqincə gələcəklər”.
Konfransda mövzuya dair məruzələr dinlənilib, müzakirələr aparılıb.