“Tütünsüz ay” kampaniyası ümumilikdə 2000-dən çox gənci əhatə edib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 27 MAY 2015

www.azertag.az

“Tütünsüz ay” kampaniyası ümumilikdə 2000-dən çox gənci əhatə edib

“Sağlam Düşüncə” Gənclər Təşkilatı tərəfindən 31 may – Ümumdünya Tütünlə Mübarizə Günü ilə bağlı keçirilən ənənəvi “Tütünsüz ay” kampaniyasına bu il Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) də qoşulub.

İSİM-dən AZƏRTAC-a verilən məlumata görə, kampaniyanın məqsədi ictimai yerlərdə tütünçəkmənin məhdudlaşdırılması ilə bağlı ictimai fikrin formalaşdırılması, passiv tütünçəkmə və tütünün zərərləri haqqında əhalinin maarifləndirilməsidir.

Kampaniya çərçivəsində mayın 1-dən etibarən Bakı, Gəncə və Sumqayıt şəhərlərində tütünçəkmənin və tütünün zərərləri haqqında təlimlər, bədii film nümayişləri, məlumatlandırıcı görüşlər və veloyürüşlər təşkil olunub. Kampaniya ümumilikdə 2000-dən çox gənci əhatə edib.

Hər il mayın 31-i tarixi Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə 1988-ci ildən qeyd olunan bu gündə ictimaiyyətin diqqəti tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəldilir, bu zərərli vərdişdən çəkinməyin yolları müzakirə olunur.

Ümumdünya Tütünlə Mübarizə Günündə Azərbaycanda da bir sıra tədbirlər həyata keçirilir. Tütünçəkmə ilə daim mübarizə aparan İSİM əhalinin maarifləndirilməsi istiqamətində işləri davam etdirir. İndiyədək İSİM tərəfindən tütünçəkmə ilə bağlı tədqiqatlar aparılıb, əhalinin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği məqsədilə videoçarx hazırlanıb, fotomüsabiqə təşkil edilib. Bundan əlavə, “Tütünə qarşı mübarizə haqqında” DST-nin Çərçivə Konvensiyasının müvafiq maddələrinin həyata keçirilməsinin rəhbər prinsipləri Azərbaycan dilinə tərcümə olunaraq kitab şəklində çap edilib.

 

www.azertag.az