• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 6 APREL 2010

"Ailə Həkimi" jurnalı

İmmunlaşdırma və əhalinin sağlamlığının qorunmasında onun əhəmiyyəti

İmmunitetin gücləndirilməsi yolu ilə xəstəliklərdən müdafiə edən vaksinlər bütün dünyada geniş və müntəzəm işlədilir, belə ki, necə deyərlər, xəstəliyin qarşısını almaq xəstə insanı müalicə etməkdən yaxşıdır. Vaksinlərin kö məyi ilə əzab, əlillik və ö lümün qarşısını almaq olar. Statistik məlumatlara əsasən, 2002‑ci ildə dünyada iki milyona yaxın ö lüm halının qarşısı məhz vaksinlərin yardımı ilə alınmışdır. Bundan başqa, vaksinlərin kö məyi ilə infeksiya ö türülməsini məhdudlaşdırmaq, səhiyyə sisteminə düşən yükü azaltmaq, səhiyyənin başqa məqsədləri üçün istifadə edilə biləcək vəsaitə qənaət etmək olar.

İmmunlaşdırma xəstəliklərlə mübarizədə və hətta onların ləğv olunmasında sınanılmış vasitədir. 1967‑1977‑ci illərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən keçirilmiş immunlaşdırma kampaniyası sayəsində həqiqi çiçək xəstəliyinin ləğvi buna misaldır. Proqramın başlanma ərəfəsində dünya əhalisinin 60%‑nin xəstələnmə təhlükəsi var idi, ondan xəstələnmiş hər dö rd insandan biri ö lürdü. Artıq poliomielit xəstəliyinin də ləğvinə nail olma vaxtı çatıb. ÜST‑nin və onun partnyorları tərəfindən keçirilən kampaniyanın başlanmasından poliomielitlə xəstələnmə 99% azalmış və beş milyona yaxın insan iflicdən xilas edilmişdir. 1999‑cu ildən 2003‑cü ilədək olan ərəfədə bütün dünyada qızılcadan ö lüm 40% azaldı, bəzi regionlarda isə hal‑hazırda bu xəstəliyin ləğvi məqsədi qarşıya qoyulmuşdur. Yüksək xəstələnmə riski olan bəzi ö lkələrdə anaların və yenidoğulmuşların tetanus xəstəliyinin ləğvi üzrə intensiv iş aparılır.

İlk dəfə vaksinləmə çox əsrlər saysız insan həyatını apararaq tüğyan edən xəstəlik, həqiqi çiçək xəstəliyi ilə mübarizə üçün, tətbiq olunmağa başlanmışdır. Müşahidə edilmişdir ki, həqiqi çiçəklə xəstəlikdən sağalmış insanlar təkrarən xəstələnmirlər, yəni onlarda immunitet əmələ gəlir. Ona gö rə də əhalinin həqiqi çiçək əleyhinə ilk vaksinlənməsi xəstələrin dərisində qabarcıqdan gö türülən az həcmdə mayenin yeridilməsi yolu ilə həyata keçirilirdi. Buna oxşar peyvənd etmə üsulu Çində, Türkiyədə və Avropada aparılırdı.

Peyvəndləmə tarixinin dö nüş anı, iri buynuzlu heyvanların çiçəyi ilə yoluxdurulma vasitəsilə insanların təhlükəli həqiqi çiçək xəstəliyindən qorunmasını birinci olaraq müşahidə etmiş ingilis həkimi E. Cennerlə (1749–1823) bağlıdır.  E. Cenner sağıcının dərisinin qabarcıqlarından mayeni 8 yaşlı oğlana yeritmiş və oğlan həqiqi çiçəyə qarşı immunitet qazanmışdır. Bu metodun uğurla kütləvi şəkildə yoxlanılmasından sonra peyvənd etmə infeksion xəstəliklərlə mübarizə vasitəsi kimi istifadə edilməyə başlandı. Bu, immunlaşdırma vasitəsi ilə xəstəliklərlə mübarizə üzrə  ilk sistematik tədbir oldu.

İmmunologiyanın müvəffəqiyyətləri gö yö skürək, poliomielit, qızılca, parotit və qrip kimi bir çox uşaq xəstəliklərinə qarşı peyvəndlərin tibbi praktikaya daxil edilməsinə imkan yaratdı. Az inkişaf etmiş ö lkələrdə uşaq ö lümü əsasən infeksion xəstəliklərlə bağlı olduğu üçün alimlər eyni vaxtda bir neçə xəstəlikdən qoruya bilən yeni vaksinlərin işlənib hazırlanmasına çalışırlar. Artıq insanı ilan dişləməsindən, tetanus, botulizm və difteriya xəstəliklərindən qoruya bilən preparatlar yaradılmışdır. Hal‑hazırda immunlaşdırma üçün istifadəsinə icazə verilmiş 40‑dan çox müxtəlif vaksin, anatoksin və immunoqlobulin mö vcuddur.

Virus xəstəlikləri ilə mübarizə üçün vaksinlərin yaradılması problemi alimlərin xüsusi diqqətini cəlb edir, belə ki, əksər virus infeksiyalarının kimyəvi terapevtik vasitələrlə müalicəsi alınmır. İmmunoloqlar xüsusilə insanın immunçatışmazlığı virusuna qarşı vaksinin işlənib hazırlanmasına çalışırlar.

Adətən vaksinlər insanın immun sistemini antigenin zərərsiz surətləri ilə təchiz edir və cavab olaraq, insanın immun sistemi onu “yad” kimi qəbul edir. Antigen immun sistemi ilə aşkar ediləndə orqanizmdə antitel adlanan xüsusi maddələr əmələ gəlməyə başlayır. Beləliklə, çox miqdarda yaranan antitellər nəticədə virus və ya bakteriyanın fəallığını təcrid edərək xəstəliyin qarşısını alır.

İmmun sistemi infeksiyaları “yadda saxlamaq” qabiliyyətinə malikdir. Belə ki, o müəyyən bakteriya və virusun təsiri zamanı bu xəstəliklərə qarşı immuniteti illərlə, on illərlə, hətta insanın bütün həyatı boyu qoruyub saxlayaraq sonradan gələn infeksiyaya tez qalib gəlməyə hazır olur.

Müntəzəm immunlaşdırma üçün istifadə olunan bütün vaksinlər xəstəliklərin profilaktikasında olduqca vacib və effektlidir. Əksər vaksinlər xüsusilə qarşısı alınmağa yö nələn xəstəliklərlə müqayisədə təhlükəsizdir və yanakı təsirləri cüzidir. Ciddi ağırlaşmalara nadir hallarda rast gəlinir.

2009‑cu ilin mart ayında Meksika və Amerika BirləşmişŞtatlarında (ABŞ) qeydə alınmış respirator xəstəlik hadisələrinin tədqiqatları aparılaraq, insanların yeni qrip virusu, A (H1N1) ilə yoluxması aşkar edilmişdir.

A(H1N1) qrip virusu adlanan bu virus əhali arasında və kütləvi informasiya vasitələrində daha çox “Donuz qripi”, “Kaliforniya qripi” və “Meksika qripi” kimi tanınır. Yeni A(H1N1) virusu ilə tö rənən qrip əvvəllər heç vaxt insanlar arasında dö vr etməmiş və insanın immun sistemində bu virus haqqında “yaddaş” yoxdur.

Buna görə də alimlər tərəfindən qabaqcıl laboratoriyalarda tez bir zamanda vaksin hazırlanmış və dünya üzrə ilk nö vbədə həssas qruplar arasında (tibb işçiləri, hamiləliyin III üçaylığında olan hamilə qadınlar, uşaqlar və tənəffüs yollarının xroniki xəstəlikləri olan insanlar) peyvəndlənmənin aparılmasına başlanmışdır. Cari ilin ilk günlərindən Azərbaycanda artıq A(H1N1) virusuna qarşı peyvəndləmə işi aparılır.

Eyni zamanda hər il olduğu kimi 2010‑cu ildə də Azərbaycanda “PROFİLAKTİKA MÜDAFİƏ İMMUNLAŞDIRMA” şüarı altında Avropa İmmunlaşdırma Həftəsi keçiriləcək. Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünün məqsədi peyvəndlərlə qarşısı alınan xəstəliklərdən hər bir uşağın qorunmaq hüququ olması barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir.

Bu məqsədə nail olmaq üçün planlı immunlaşdırmadan hər hansı bir səbəbə gö rə kənarda qalan uşaqların İmmunlaşdırma Həftəsi çərçivəsində Milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunması təmin ediləcəkdir.

Beləliklə, əhalinin sağlamlığının qorunmasında immunlaşdırma dö vlət tərəfindən vacib hesab edilir və Azərbaycan Respublikasında mütəmadi vaksinasiya tədbirləri daim diqqət mərkəzindədir.