Tütünlə mübarizə üzrə Milli Strategiya müzakirə olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 22 DEKABR 2009

Tibb qəzeti

Tütünlə mübarizə üzrə Milli Strategiya müzakirə olundu

“Azərbaycanda tütünçəkmə üzrə Milli Strategiyanın hazırlanması” layihəsi çərçivəsində Milli Məclis, Səhiyyə Nazirliyi, İdman və Gənclər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi,  Ombudsman Aparatı və qeyri-hökumət təşkilatları nümayəndələrinin Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) ekspertlərinin iştirakı ilə konfrans keçirilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və  İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov çıxış edərək bildirib ki, ÜST tərəfindən epidemiya kimi qəbul edilən tütün məmulatlarından istifadə olunması əsas ölüm səbəblərindəndir. Dünyada hər 10 insandan biri tütünün yaratdığı təhlükəli fəsadlardan dünyasını dəyişir və 700 milyon uşaq tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Tahir Hacıyev çıxışında qeyd edib ki, Azərbaycanda 15-49 yaşlı kişilərin 50 faizi siqaret çəkir. Ölkəmizdə tütünlə mübarizə məqsədilə görülən işlərdən danışan natiq vurğulayıb ki, bu sahədə bir sıra qanunvericilik aktları mövcuddur. 2005-ci ildə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tütünlə mübarizə Konvensiyasına qoşulmuşdur.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli konfransda bu problemin həllinə yönəlmiş qanunun artıq 6 ilə yaxındir ki, mövcud olduğu barədə məlumat verib: “Milli Məclisdə tütün və tütün məmulatları haqqında qəbul edilmiş qanunun bir bölümü bu məmulatların istehlakının məhdudlaşdırılmasına həsr olunmuşdur”. Deputat vurğulayıb ki, hazırda bu barədə yeni bir qanunun qəbul edilməsi, yaxud mövcud qanundakı bölməni inkişaf etdirərək, İnzibati Xətalar Məcəlləsində bu qanundan irəli gələn vəzifələrin icra olunması məsələləri müzakirə olunur. Bu vəzifələrin icrasında müəyyən problemlərin mövcud olduğunu deyən H.Rəcəbli cəzalandırılma mexanizminin Azərbaycan reallıqlarına uyğunlaşdırılmasının da ən aktual problem olduğunu vurğulayıb, Millət vəkilinin sözlərinə görə, hazırda bu sahədə Türkiyənin təcrübəsi öyrənilir.

Konfransda məlumat verilib ki, siqaret çəkən insanların, əksəriyyəti ağciyər xərçəngi, xroniki bronxit, emfizema, ürək-damar xəstəliklərinə düçar olur. Tütün həm çəkənin özünün, həm də ətrafda olan insanların sağlamlığına güclü zərbə vurur.

Azərbaycan Səhiyyə Kommunikasiya Assosiasiyasının prezidenti Nurlan Əliyev tədbirin əsas məqsədinin əhalinin diqqətinin bu aktual problemə cəlb edilməsi olduğunu bildirib. O, “Azərbaycanda tütünçəkmə ilə mübarizə üzrə Milli Strategiyanın hazırlanması” layihəsi haqqında məlumat verərək deyib ki, layihə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Səhiyyə Kommunikasiya Assosiasiyası, və ABŞ-ın Cons Hopkins Universitetinin “Blumberq” İctimai Səhiyyə məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən həyata keçirilir. Birillik layihənin icrasına 2009-cu ilin oktyabr ayında başlanılıb. Konfransda bu problemin həllində cəmiyyətin də mübarizə aparmasının zəruriliyi vurğulanıb.