• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 29 AVQUST 2008

"Sağlıq olsun" jurnalı

Sağlamlıq və rifah üçün səhiyyə sistemi

Ceyhun Məmmədov
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə
və İslahatlar Mərkəzinin direktoru

Hər bir ölkənin siyasi və təşkilati çərçivəsində səhiyyə sistemi - bütün dövlət və özəl təşkilatların, müəssisələrin, struktur və ehtiyatların məcmusudur ki, bunların da təyinatı insanların sağlamlığını yaxşılaşdırmaq, qorumaq və ya bərpa etməkdir. Səhiyyə sistemi həm fərdi, həm də ictimai xidmətlərin göstərilməsini özündə ehtiva edir. Bununla yanaşı o sağlamlığın sosial, ekoloji və iqtisadi şərtlərinə lazımi diqqət ayırmaları üçün digər sahələrin də iş mexanizminə və fəaliyyətinə təsir göstərir.

Bu gün Avropa regionu ölkələrinin səhiyyə sistemləri demoqrafik və epidemioloji dəyişikliklər, sosial-iqtisadi bərabərsizliyin dərinləşməsi, resursların çatışmazlığı, texnologiyaların inkişafı və insanların artan tələbləri ilə bağlı ciddi problemlərlə üz-üzə qalmışdır. Eyni zamanda əhalinin sağlamlığının yaxşılaşdırılması yalnız ayrılıqda böyük əhəmiyyət kəsb etmir, həm də iqtisadi inkişafa, rəqabət qabiliyyətinə və əmək məhsuldarlığına öz təsirinin sayəsində, həmçinin sosial rifahın inkişafına da səbəb olur. Məsələnin bu nöqteyi-nəzərdən başa düşülməsi səhiyyə sisteminin əhəmiyyətinə olan münasibətin dəyişməsini tələb edir. Sağlamlığın mühafizəsi resursların axıb getməsi demək deyildir, əksinə, o, iqtisadi mənfəəti təmin edir. O, millətin sağlamlığı və onun sərvətələri arasında ikitərəfli dinamik qarşılıqlı əlaqənin qurulması üçün strateji imkandır. Başqa sözlə, yüksək təsirli səhiyyə sistemi dövlətin iqtisadi inkişafına və xalqın rifah səviyyəsinin yüksəlməsinə səbəb olur.

Ümumdünya səhiyyə təşkilatının (ÜST) Tallindəki səhiyyə sistemləri üzrə Avropa nazirlər konfransında da məhz elə bu müddəalar səslənmişdir. Konfrans 2008-ci ilin 25-27 iyununda, Alma-Ata bəyannaməsininqəbul edilməsinin otuzuncu ildönümününqeyd olunduğu əlamətdar bir vaxtda keçirilmişdir. Bu bəyannamə ilkin tibbi-sanitar yardım xidmətinin inkişafı istiqamətində bu gün də otuz il əvvəlki kimi aktuallığını qoruyub saxlamışdır. Nazirlər səviyyəsində keçirilən Tallin konfransı ilkin tibbi-sanitar yardımın mahiyyətinin həm zəngin, həm də kasıb ölkələrdə yüksək keyfiyyətli, ədalətli və effektiv yardım kimi rasional yanaşma olan əvvəlki anlamını qaytarmağa komik etmişdir.

Konfransın yekunlarına əsasən, iştirakçılar Tallin Xartiyasını qəbul etmişlər, burada onlar sağlamlığa qoyulan investisiyanın həm də insan potensialının inkişafına, əhalinin sosial rifahına və iqtisadi güzəranına bir töhfə olduğuna öz qəti inamlarını bildirmişlər. Tallin Xartiyası sağlamlığın pisləşməsi nəticəsində insanların yoxsulluq həddinə düşmənlərinin qəbuledilməz olduğunu təsdiq edir. Sənəddə xüsusi olaraq vurğulanır ki, səhiyyə sistemi - yalnız tibbi yardım göstərilməsi demək deyildir, o, həmçinin xəstəliklərin qarşısının alınması, sağlamlığın möhkəmləndirilməsi, eləcə də sağlamlığın mühafizəsi məsələlərinin digər sahələrin fəaliyyətində öz əksini tapmasına hər vasitə ilə imkan yaratmaqdır. Effektiv səhiyyə sistemi əhalinin sağlamlığının yaxşılaşdırılmasının ən mühüm şərti olduğundan, Xartiya səhiyyə sistemlərini yüksək fəaliyyət sistemlərini göstəriciləri nümayiş etdirməyə çağırır.

ÜST-nin baş direktoru Marqaret Çenin sözlərinə görə, səhiyyə sistemləri üzrə Avropa nazirlər konfransı bütün dünyaya aydın surətdə göstərdi ki, səhiyyə sisteminin təşkil olunmasının xarakteri, onun maliyyələşdirilməsi və idarə olunması mühüm əhəmiyyət kəsb edir. ÜST-nin üzvü olan Avropa dövlətlərinin səhiyyə sisteminin inkişafında onlara dəstək göstərmək və Tallin Xartiyasının müddəalarının həyata keçirilməsi prosesinin beynəlxalq koordinasiyasını təmin etmək niyyətindədir.

Səhiyyə sistemlərinin müasir roluna bu cür konseptual yanaşma öz sonrakı inkişafını ÜST Avropa regional komitəsinin15-18 sentyabr, 2008-ci ildə Tbilisidə (Gürcüstan) keçirilən 58-ci sessiyasında tapmışdır. Regional komitəyə müraciətində ÜST-nin baş direktoru Marqaret Çen ictimai səhiyyə sahəsində mürəkkəb və çətin əldə edilən iki vəzifəni qeyd etmişdir: səhiyyə sistemi göstəricilərinin təkmilləşdirilməsi və ikincisi, səhiyyə sisteminin təsiri ilə insanların davranışının dəyişməsi. Eyni zamanda, hər bir ölkənin mədəni, iqtisadi və başqa spesifik xüsusiyyətləri üzündən, insan davranışının dəyişdirilməsi üzrə hər hansı bir proqramın uğurlu nəticələri digər şəraitlər daxilində və ya daha geniş miqyasda mexaniki olaraq təkrar edilə bilməz, yaxud da, əsasən, qısamüddətli xarakter daşımalıdır.

58-ci sessiyada qeyd edilmişdir ki, davranışla bağlı risk faktorları bütün dünyada sağlamlığın xronik pozuntularının və eləcə də bununla əlaqədar xəstəlik və ölüm dərəcələrinin inkişafının başlıca səbəblərindəndir. ÜST-nin Avropa regionunda (bu mənada Azərbaycan da istisna deyil) ən geniş yayılmı. Xronik xəstəliklər xərçəng, ürək-damar xəstəlikləri, ağciyərlərin obstruktiv xəstəlikləri və diabetdir. Onları yaradan çox müxtəlif səbəblər arasında, hər bir halda, sağlamlıq üçün zərərli həyat tərzi və adətlərlə bağlı olan ən azı bir mühüm risk faktoru vardır. Belə faktorlara digəriləri ilə yanaşı, siqaretçəkmə, qeyri-kafi fiziki aktivlik, yüksək kalorili ərzaq məhsullarından və alkoqoldan həddən artıq çox istifadə daxildir. Bunlar da bir çox qeyri-infeksion xəstəliklərin inkişaf əlaməti olan piylənməyə, xolesterin səviyyəsinin artmasına və yüksək arterial təzyiqə gətirib çıxarır. Bununla belə risk faktorlarının çoxu pozitiv dəyişikliklərə davamlı deyillər. Əsaslı dəlillər mövcuddur ki, siqaret çəkməkdən imtina, çəkinin tənzimlənməsi, arterial təzyiqə nəzarət və fiziki aktivliyin nizamlanması da daxil olmaqla sağlam həyat tərzi ömrün uzanmasına və onun keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarır. İlkin profilaktika tədbirlərinə həddən artıq diqqət ayırma, xəstəliklərin uzunmüddətli müalicəsi zamanı əsasən rast gəlinən daha bahalı müalicə metodlarına olan tələbatı aşağı salır.

            Hər halda, sağlamlığın möhkəmləndirilməsi tədbirləri - o cümlədən, ictimai səhiyyə sahəsindəki kütləvi tədbirlər - çox vaxt xəstəliklərin tezlik və ağırlığının azalmasını təmin etmək iqtidarındadır. Bu, yəqin ona görə baş verir ki, davranışda arzuolunan dəyişikliyi əldə etmək daha da çətindir, nəinki bunun üçün lazım olan ilkin şərtlərə - məlumatlılıq səviyyəsinin artırılmasına, biliklərin yayılmasına və psixoloji mexanizmlərin dəyişdirilməsinə nail olmaq. Davranış formalarının dəyişdirilməsi həqiqətən də sadəcə olaraq əhalinin ayrı-ayrı şəxslərinə, biliklərinə və ya hədəf qruplarına zəruri informasiyanın çatdırılmasından daha artığını tələb edir. Ayrı-ayrı insanların öz sağlamlığına və tibbi yardım almasına daha məsuliyyətlə yanaşmalı olduğu və həyatın sonrakı mərhələlərində sağlamlığın pozulmasının qarşısını almaq üçün daha sağlam davranış formaları təqib etməli olduğu haqqında mühakimələr bəsit xarakter daşıyır. Məlumatlılıq və bilik səviyyəsinin yüksəldilməsi labüddür, lakin davranış formalarının dəyişdirilməsi üçün kifayət olan şərt deyildir. Məhz buna görə də, qanunvericilik və tənzimləyici vasitələr kompleksinin işlənib hazırlanması və həyata keçirilməsi, ayrı-ayrı insanların və ümumilikdə cəmiyyətin rifahı xatirinə qeyri-sağlam davranış formalarından sağlam davranış formalarına keçidə sövq edən həm maliyyə, həm də qeyri-maliyyə amillərindən istifadə olunması mühüm əhəmiyyətə malikdir.

Beləliklə, həyat tərzinin uğurlu dəyişilməsi üçün çox vaxt sahələrarası yanaşma tələb olunur. Sağlamlıq naminə həyata keçirilən fəaliyyətə o sahələr (məsələn, təhsil və ya nəqliyyat sistemi) tərəfindən təşəbbüs göstəriləcək ki, onların başlıca vəzifəsi sağlamlığın mühafizəsi deyildir. Bu qəbildən olan sahələrarası müdaxilə tədbirlərinin labüdlüyünə nümunə kimi, ictimai səhiyyənin iqlim dəyişməsi və onun insan sağlamlığına təsiri ilə problemləri göstərilə bilər. Hazırkı dövrdə belə bir elmi rəy formalaşmışdır ki, iqlim dəyişkənliyi insan sağlamlığına, hava şəraitinin dəyişməsi nəticəsində (məsələn, daha intensiv və tez-tez rastgəlinən ekstremal təbiət hadisələri) həm birbaşa və həm də suyun, havanın, ərzaq məhsullarının keyfiyyət və kəmiyyətinin, ekoloji sistemin, kənd təsərrüfatının, həyat tərzinin, infrastrukturun dəyişməsi nəticəsində dolayı yolla təsir göstərir. Bu dəyişikliklərdən bəziləri ölkələri hazırlıqsız yaxalamışlar. Məsələn, məhz səhiyyə sisteminin zəif hazırlığı elə təkcə 2003-cü ilin güclü istiləri dövründə Qərbi Avropada 35000=dən artıq ölüm halının baş verməsinin əsas faktorlarından biri olmuşdur.

Vaxtında həyata keçirilən və lazımi əks tədbirlərə başlamaq iqtidarsızlığı insanlar üçün xəstəliklər, səhiyyəyə çəkilən xərclərin artımı və məhsuldarlığın itirilməsi kimi çox baha başa gələn sonluqlara gətirib çıxara bilər. Nə qədər ki, hələlik iqlim dəyişkənlikləri həddən artıq tez-tez və daha kəskin şəkildə baş vermir, onların insan sağlamlığına təsirinin bir çoxu səhiyyə sistemlərinin gücləndirilməsi yolu ilə qarşısı alına və ya zəiflədilə bilər. Buraya yeni şəraitlərdə fəaliyyətə hazırlığın yüksəldilməsi, ictimai səhiyyə xidmətlərinin möhkəmləndirilməsi, əhalinin sağlamlıq təhlükəsizliyinin artırılması, digər sahələrin əhalinin sağlamlığının yaxşılaşdırılması üçün təşəbbüs göstərə biləcəyi fəaliyyət təbliğatının artırılması, vətəndaşların daha yaxşı məlumatlandırılması, ən münasib təcrübənin toplanması və yayılması daxildir. Səhiyyə sistemlərinə iqlim dəyişkənliyinin insan sağlamlığına mümkün təsirinin qiymətləndirilməsində, öz iqlim dəyişkənliyi ilə bağlı olan məsələlərin həlli üçün zəruri olan potensialının analizində, iqlim dəyişkənliklərinə uyğunlaşma və onların nəticələrinin yüngülləşdirilməsi strateqiyalarının işlənib hazırlanmasında və həyata keçirilməsində, eləcə də epidemioloji nəzarət, xəstəliklərlə mübarizə, fövqəladə halların inkişaf riskinin azaldılması da daxil olmaqla iqlim dəyişkənliyi ilə əlaqədar risklərin tez üzə çıxardılması və qarşısının alınması üçün vacib olan əsas fəaliyyət istiqamətlərinin bütöv bir xəttinin möhkəmləndirilməsində öz imkanlarını gücləndirmək gərəkdir.

Müvafiq tədbirlərə artıq indidən başlamaq lazımdır. Potensial risklərin vaxtında üzə çıxardılması və operativ tədbirlərin qəbul edilməsi əhalinin sağlamlığını iqlim dəyişkənliyi nəticələrindən qorumağa imkan yaradar. Bu cür tədbirlər qabaqlayıcı xarakter daşımalı, yeni risklərin aşkara çıxarılması əvvəlcədən proqnozlaşdırılmalı və əhalinin sağlamlığının müdafiəsi dəyişən yaşam mühiti şəraitində təmin edilməlidir. Buraya, o cümlədən, güclü istilər və daşqınlar dövrünün yaxınlaşması haqqında erkən xəbərdarlıq sisteminin yaradılması, epidemioloji nəzarət sisteminin möhkəmləndirilməsi, eləcə də, yerli, regional və milli səviyyələrdə vaxt faktorunu nəzərə almaqla tibbi, meteoroloji və sosial-iqtisadi məlumatların sistematik yığımı prosesinin təkmilləşdirilməsi zərurəti daxildir. Bu vəzifələrin effektiv yerinə yetirilməsi üçün səhiyyə sistemi energetika, nəqliyyat, sənaye və kənd təsərrüfatı sahələri ilə sıx qarşılıqlı əlaqədə olmalıdır. Səhiyyə sistemləri yerli icmaları və şəhərləri iqlim dəyişkənliyi ilə bağlı artan təhlükələrə yaxşı hazırlamaq məqsədilə iqlimşünaslarla, ekoloqlarla, şəhərsalma və torpaqdan istifadə qaydalarının planlaşdırılması üzrə mütəxəssislərlə əməkdaşlığa hazır olmalıdır.