• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 31 MAY 2012

"Ailə Həkimi" jurnalı

Ailə Həkimlərinə “Ailə həkimi” çantası təqdim olundu

AR Səhiyyə Nazirliyi tərəfindən ailə təbabəti ilə bağlı 2008-ci ildə verilmiş 119 №-li əmr Azərbaycan səhiyyəsində aparılan islahatların səmərəliliyinin artırılması istiqamətində atılan növbəti addımdır. 2008-ci ildən Azərbaycanda “ailə həkimi” vəzifəsi təsdiqlənib. Ölkəmizdə səhiyyənin bu istiqamətinin inkişaf etdirilməsi təqdirə layiqdir. Bu yöndə aparılan fəaliyyət 5 pilot rayondan 158 nəfərin “ailə həkimi” statusu qazanması ilə nəticələnib.

2012-ci il aprelin 6-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəkidə çalışan ailə həkimləri ilə görüş keçirilmişdir.

Tədbirdə iştirak edən İSİM-in Direktoru C.Məmmədov aparılan islahatlardan danışarkən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ailə Təbabəti” kafedrasının müəllim heyəti və Sektorunda İslahatlar Layihəsi çərçivəsində Hacıtepe Universitetində təlim keçmiş təlimçilər tərəfindən ailə təbabətinin təkmilləşdirilməsi ilə bağlı yüksək səviyyəli təlimlərin keçirildiyini qeyd etdi. Həmçinin təlimlərdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış sübutlu təbabətə əsaslanan klinik protokollardan istifadə olunduğundan məmnunluğunu bildirdi.

Azərbaycan Tibb Universitetinin “Ailə Təbabəti” kafedrasının müdiri Mustafa Salihov Ümumdünya Sağlamlıq günü ərəfəsində bu tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu vurğuladı.

Sonda “ailə həkimi” statusu qazanmış tibb işçilərinə “Ailə həkimi” tibbi kütləvi jurnal və layihə çərçivəsində hazırlanmış xüsusi çantalar təqdim olundu.