• İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • ATU-da “İctimai səhiyyə və peşə xəstəlikləri” mövzusunda konfrans oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 1 MART 2023

www.sehiyye.gov.az

Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində çalışan psixiatrlar üçün təlimlər təşkil edir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müharibə veteranlarına tibbi xidmət göstərən psixiatrlar üçün təlimlər keçirir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tibb mütəxəssisləri üçün təşkil olunan təlimlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Psixiatriya Xəstəxanası, Psixi Sağlamlıq Mərkəzi, o cümlədən şəhər və rayon psixiatriya xəstəxanaları və psixonevroloji dispanserlərin psixoloq və psixiatrları iştirak edirlər.

Təlimçi qismində Türkiyədən Ankara Universiteti Gülhanə Tədris və Araşdırma Xəstəxanası, Psixiatriya bölümünün müəllimi professor Dr. Bülent Devrim Akçay cəlb olunub.

Türkiyəli mütəxəssis 7 günlük təlim müddətində hərbi psixiatriyanın əsas prinsipləri, psixiatriyada müalicə metodları, mənəvi travma konsepsiyası, postravmatik stress pozuntusu və digər mövzular üzrə təcrübəsini yerli mütəxəssislərlə paylaşacaq.