İSİM: Keyfiyyətli tibbi yardım göstərilməsi səhiyyə xidmətləri sistemində səmərəliliyi artırmağın ən mühüm şərtidir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 1 MART 2023

azertag.az

İSİM: Keyfiyyətli tibbi yardım göstərilməsi səhiyyə xidmətləri sistemində səmərəliliyi artırmağın ən mühüm şərtidir

Hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən dünyada milyonlarla pasiyent zərər görür və məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələri və dünyadakı tərəfdaşlarını bu sahədə təxirəsalınmaz tədbirlər görməyə çağırır. Pasiyentlərin təhlükəsizliyi və onlara keyfiyyətli tibbi yardım göstərilməsi səhiyyə xidmətləri sistemində səmərəliliyi artırmağın ən mühüm şərtidir.

AZƏRTAC Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu mərkəzdə “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda keçirilən konfransda İSİM-in direktoru Qəhrəman Haqverdiyev deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi və İSİM tərəfindən klinik protokollar hazırlanıb və tibbi xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayan vəsaitlərdən istifadə olunur, “İSİM tərəfindən pasiyent təhlükəsizliyi məsələləri nəzərə alınmaqla tibb müəssisələri üçün akkreditasiya standartları hazırlanıb ki, bu da pasiyentlərin təhlükəsizliyi üzrə mədəniyyətin formalaşdırılması, tibb işçilərinin səhvlərinin sayının azaldılması istiqamətində peşəkarlığının artırılmasında mühüm rol oynayır”.

Səhiyyə Nazirliyi Analitika və Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov ölkədə pasiyent təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş dərman vasitələrinin idxaldan öncə mərkəz tərəfindən yoxlanıldığını vurğulayıb: “İlk olaraq dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirləri və fayda-risk nisbətləri sistemli bir şəkildə izlənilir. Bunun üçün lazımi məlumat toplanılır, qeydiyyata alınır, qiymətləndirilir, arxivləşdirilir. Daha sonra dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlər görülür”.

İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova “Ölkəmizdə antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin edilməsinə nail olmaq məqsədilə İSİM ÜST-nin dəstəyi ilə əhali arasında geniş maarifləndirmə və təbliğat işlərini həyata keçirir. Antibiotiklərlə bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə 2018-2022-ci illərdə sorğu keçirilib. Sorğuda insanların mövzuya dair bilik səviyyəsi müəyyən edilib və eyni zamanda, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatlar əhalinin nəzərinə çatdırılıb”,- deyə bildirib.