İSİM-də müstəqil qiymətləndirmə qrupunun nümayəndələri ilə görüş keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 28 FEVRAL 2023

www.aztibb.az

İSİM-də müstəqil qiymətləndirmə qrupunun nümayəndələri ilə görüş keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə 2020-ci ildən etibarən BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı həyata keçirilir. Üç il ərzində icra edilən fəaliyyətlərin nəticələrinin nəzərdən keçirilməsi, eləcə də növbəti mərhələnin planlaşdırılması məqsədilə proqramın yekun qiymətləndirilməsi baş tutur. Qiymətləndirmə missiyası müstəqil qiymətləndirmə qrupu tərəfindən aparılır. Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) məlumat verilib. Bildirilib ki, qiymətləndirmə qrupunun nümayəndələri xanım Meredit Braun və xanım Eşli Meycorun Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində layihə ilə əməkdaşlıq etmiş dövlət qurumları, beynəxlaq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndləri ilə görüşlər təşkil edilir. Növbəti görüş İSİM-də keçirilib. Mərkəzin direktoru Qəhrəman Haqverdiyev proqramın icrası barədə fikirlərini bildirərək, əməkdaşlığın əhəmiyyətini, layihənin müsbət töhfələrini qeyd edib.