• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 6 MART 2009

"Ailə Həkimi" jurnalı

Ailə həkimi və ailənin psixi durumu

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Respublikada ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, idarəetmə sisteminin təkmilləşdirilməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslan dırılmasını həyata keçirir.

Jurnalın əvvəlki buraxılışında söhbət açdığımız “Əhalinin sağlamlığının mühafizəsində ilkin tibbi‑sanitariya yardımının əhəmiyyəti” mövzusunun davamı olaraq ilkin tibbi‑sanitariya yardımının bir hissəsi kimi ümumi praktika həkiminin (ailə həkiminin) ailənin psixi durumunda rolu barədə danışmaq istərdik.

Ailə kiçik bir sosial təbəqə olaraq, ər‑arvad, valideyn‑övlad, bacı‑qardaş, qohum‑əqrəba münasibətlərinə əsaslanan birlikdir. Onlar birlikdə yaşayır, birgə təsərrüfat yaradırlar. Ailədə insan dünyaya gəlir, böyüyür, təhsil alır, bir şəxsiyyət kimi formalaşır, özü ailə qurur, valideyn olur və vaxtı gələndə dünyasını dəyişir. Ailə üzvü xəstələnir, müalicə alır, sağalır. Bəzən isə sağalma mümkün olmur və xroniki xəstəlik onu ömür boyu müşayiət edir.

Belə həyatı proseslər hər bir ailəyə xas olan psixi mühit şəraitində keçir. Ailədə mövcud olan psixi mühitin mülayim və ya sərt olmasından asılı olaraq, bu proseslər mənfi və ya müsbət istiqamətdə inkişaf edə bilər.

Ailənin psixi durumu bioloji, psixoloji və sosial amillərdən formalaşır. Bioloji amillərə xroniki xəstəliklər, yeni doğulmuş körpə, ailədə yaşlı insanın olması, sonsuzluq kimi faktorlar aiddir. Keçirilmiş psixi travmalar, ailədaxili münasibətlər, ailənin hər bir üzvünün psixoloji xüsusiyyətləri və s. psixoloji amillərə aid edilir. Sosial amillər isə kasıblıq, işsizlik, təbii fəlakətlər, qeyri‑bərabərlik, narkomaniya, alkoqolizm və digər faktorlardan ibarətdir.

Ailənin psixi durumuna ən çox mənfi təsir göstərən problemlərdən ailədaxili münaqişələri, həyat yoldaşına xəyanət etməyi, boşanmaları, uşaqlara qarşı fiziki və psixoloji təzyiqləri, narkomaniyanı, alkoqolizmi, işsizliyi, kasıblığı və s. kimi öndə gedən faktorları misal gətirmək olar.

Bu baxımdan, ölkədə tez‑tez rast gəlinən bir neçə problemi sadalamaq olar:

Övladların dünyaya gəlməsi bəzi ailələrdə psixoloji problem yarada bilər. Məsələn, ailədə təkrar qız uşaqlarının ( 2‑ci, 3‑cü, 5‑ci və daha çox) dünyaya gəlməsi bir çox hallarda son nəticədə ər‑arvad, gəlin‑qaynana münasibətlərinin pozulmasına gətirib çıxarır;

Ailə qurmaq prosesinin özü də problemlərlə qarşılaşa bilər. Azərbaycan ailəsi bu gün sual qarşısındadır – gənclər öz həyatını necə qurmalıdır: milli ənənələrə və ya şəxsi münasibətlərə əsaslanaraq? Yeni ailə quran gənclər kimlə yaşamalıdır? Bu da ailənin daha bir psixoloji probleminə çevrilir;

Yaşlı valideynlərə kim baxmalıdır? Qız, yoxsa gəlin?

Qadına qarşı münasibətlərin pis olması. Bəzi ailələrdə qadına qarşı zorakılıq halları mövcuddur;

Sonsuzluq və bununla bağlı ailədə yarana bilən psixoloji problemlər.

Müasir cəmiyyətdə adət‑ənənələrin zəifləməsi şəraitində xəstəliklərin 80%‑i xroniki olduğu dövrdə (100 il əvvəl bu göstərici 20% təşkil edirdi) və depressiyanın xroniki xəstəliklər arasında ön yerdə olması ilə əlaqədar, pasiyentin problemlərinin psixoloji aspektlərini daha dərindən anlayan və başa düşən, onun ailəsində psixoloji durumu nəzərə alan və öz nüfuzu ilə ona təsir göstərə bilən bir həkimə böyük ehtiyac var.

Ailənin psixi durumuna təsir göstərən amillər kütləvi informasiya vasitələrində dəfələrlə işıqlandırılsa da, nüfuzlu, peşəkar həkim məsləhətləri ailənin bütün üzvləri üçün daha əhəmiyyətli ola bilər.

“Ailə həkimi” adı onu birbaşa ailənin əhəmiyyətli bir üzvü, həyatın ən önəmli, çətin, bəzən faciəli məqamlarında ailənin ən mühüm məsləhətçisi və köməkçisi edir.

Bunun üçün o, mənəvi cəhətdən təmiz, xəstəni özü kimi, özünü xəstə kimi duya bilən, özünə qarşı tələbkar, psixoloji və fiziki cəhətdən sağlam, tibbi etikadan məlumatlı, yüksək intellektə malik bir peşəkar kimi yaxşı psixoloq və psixoterapevt olmalıdır. Nəticədə cəmiyyətin fiziki və psixi sağlamlığı onun fədakar əməyi ilə formalaşır.

Ailə cəmiyyətin bir hissəsidir, ailənin psixi durumunda hər hansı səbəbdən baş verən pozuntular cəmiyyətdə öz mənfi əksini tapır. Hal‑hazırkı sahə həkimindən fərqli olaraq, ailə həkimi ailənin hər bir üzvünün səhhətinə, psixoloji durumuna, ailədaxili münasibətlərinə yaxşı bələd olaraq və müvəqqəti, keçici olan kilinki məqamlarla üzləşərək, onlara daha düzgün qiymət verməyə qadirdir. Düzgün diaqnoz qoymaq üçün o, xəstədən anamnez toplamağa, fiziki və laborator müayinələr keçirməyə daha az ehtiyaclı olur. Bu isə maliyyə cəhətdən həm pasiyent, həm də dövlət üçün daha sərfəlidir. Belə meyarlar ailə həkimi üçün səhiyyənin dörd klassik məqsədinə daha uğurlu nail olmağa şərait yaradır: xəstəliklərin qarşısını almaq, profilaktik tədbirlərin həyata keçirilməsi, müalicə və reabilitasiyanın aparılması.

“Ailə həkimi” konsepsiyası kommersiyalaşmış müasir dünyada çətin bir problemi həll edir – fərdin və onun ailəsinin səhhətinə birbaşa cavab deh olan bir həkimi ortaya çıxardır. Nəzərə alsaq ki, xəstənin öz xəstəliyinə və müalicəsinə münasibəti çox vaxt onu əhatə edən sosial‑psixoloji mühitdən də asılı olur, bu zaman ailə həkiminin məsuliyyəti daha da artır. Beləliklə, ailə həkiminin qarşısında çoxsaylı “problemlər” durur, çünki ailənin üzvlərinin hər bir problemi 24 saat ərzində və ömür boyu onun da problemi olur.