• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 27 OKTYABR 2011

Tibb qəzeti

İlkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün diabet üzrə təlimlər keçirilir

Xəbər verdiyimiz kimi, Azərbaycan Diabet Cəmiyyəti Azərbaycan Səhiyyə Nazirliyinin təşkilatı dəstəyi və Dünya Diabet Fondunun maliyyə yardımı ilə “Diabet Məktəblərinin təşkili” layihəsini həyata keçirir.

Ölkəmizin müxtəlif şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla,ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstılik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaq məqsədi daşıyan bu layihə çərçivəsində artıq Bakı, Gəncə, Sumqayıt, Mingəçəvir, Lənkəran, Şəki və Şirvanda lazimi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbi yaradılib.
2011-ci il oktyabrin 17-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ”Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlərə başlanılıb. Təlimlər 7 diabet məktəbinin hər birində 15 həkim, 30 tibb bacısı olmaqla, 105 həkimə və 210 tibb bacısına keçilir. Bu məqsədlə tədbirlər planı və təlim paketi hazırlanıb. Noyabrın 4-nə kimi davam edəcək təlimləri İSİM-də təlim keçmiş həkim-endokrinoloqlar və tibb bacıları aparırlar.
Növbəti mərhələdə diabetli xəstələrə və risk qrupuna aid əhaliyə təlimlərin keçirilməsi nəzərdə tutulur. Məqsəd həm şəkərli diabet olan əhalininin bu sahədə biliklərinin artırılmasıdır. Bu məqsədlə ümumilikdə üç hədəf qrupu üzrə 2520 insana 1680 təlim keçiriləcək. Bundan əlavə, maarifləndirmə məqsədi ilə buklet, kitabça, poster, təlim materialları paketi, risk qrupuna aid əhali və xəstələr üçün məlumat paketi də hazırlanacaq.