• İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu
  • İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi
  • İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu
  • Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 5 MART 2020

www.azertag.az

Koronavirusla mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədilə növbəti toplantı təşkil olunub

Martın 5-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) dünyada yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı növbəti toplantı keçirilib. Toplantıda ölkəmizdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər və profilaktika məqsədilə Səhiyyə Nazirliyi tərəfindən görülən işlərdən danışılıb. Koronavirus, o cümlədən digər qrip infeksiyaları barədə əhalinin tibbi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Bu barədə AZƏRTAC-a İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev işçi heyətə virus haqqında insanları doğru məlumatlandırmaq, əhalinin hər bir təbəqəsinin informasiyalara əlçatanlığını təmin etmək üçün xüsusi tapşırıqlar verib. O qeyd edib ki, görüləcək işlər sürətlə həyata keçirilməli və beynəlxalq standartlara cavab verməlidir. Eyni zamanda vurğulanıb ki, koronavirus xəstəliyinin qarşısının alınması və ondan qorunma üsullarını əhatə edən müvafiq məlumatlandırıcı materiallar Dünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib. Maarifləndirici materialların təhsil müəssisələrində, idarə və təşkilatlarda paylanılması, sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.

Materiallara əlçatanlığın təmin edilməsi məqsədilə, İSİM-in sağlamlıq portalında (http://www.saglamliq.isim.az/) koronavirus barədə ayrıca məlumat bazasının yaradılması və maarifləndirici materialların burada yerləşdirilməsi qərara alınıb.

https://azertag.az/xeber/Koronavirusla_mubarize_tedbirlerinin_daha_da_guclendirilmesi_meqsedile_novbeti_toplanti_teskil_olunub-1433759