Azərbaycan və Qazaxıstan səhiyyə qurumları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 13 DEKABR 2019

www.azertag.az

Azərbaycan və Qazaxıstan səhiyyə qurumları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Qazaxıstan Respublikasının nümayəndələrinin iştirakı ilə “Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası” mövzusunda dəyirmi masa keçirilib. Səhiyyə Nazirliyinin, Klinik Tibbi Mərkəzin, Respublika Müalicə və Diaqnostika Mərkəzinin, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası və Tədris Cərrahiyyə Klinikası və digər tibb müəssisələrinin nümayəndələri dəyirmi masada iştirak ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirin təşkilində əsas məqsəd Azərbaycanda akkreditasiya meyarlarına keçidlə bağlı mövcud vəziyyəti və atılan addımları müzakirə etmək, Qazaxıstanda bu istiqamətdə aparılan işləri və əldə edilən təcrübələri öyrənmək olub.

Tədbirdə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası, standartları və tətbiqi ilə bağlı iştirakçılara geniş məlumat verib. İSİM direktoru qeyd edib ki, akkreditasiyaya keçid səhiyyə xidmətlərinin qiymətləndirilməsinə imkan verir: “Tibb müəssisələrinin müəyyən edilmiş standartlara və ya meyarlara uyğun olması əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsinə şərait yaradır”.

Qazaxıstan Respublikasının Səhiyyədə Keyfiyyət Akkreditasiya Mərkəzinin sədri Botagoz Kaupbayeva və Akkreditasiyanın təkmilləşdirilməsi şöbəsinin müdiri Daniyar Ospanov ölkələrində akkreditasiya konsepsiyası, metodologiyası və faydaları haqqında geniş təqdimatla çıxış ediblər.

Yekunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Qazaxıstan Respublikasının Səhiyyədə Keyfiyyət Akkreditasiya Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

https://azertag.az/xeber/Azerbaycan_ve_Qazaxistan_sehiyye_qurumlari_arasinda_qarsiliqli_emekdasliga_dair_memorandum_imzalanib-1366908