Havanın çirklənməsi əhalinin sağlamlığına təsir edən ciddi ekoloji risk faktorlarından biridir. PM2.5 hissəcikləri insan orqanlarına dərindən nüfuz edə bilir və sağlamlığa ciddi təsir göstərir.
Bakı, Gəncə və Sumqayıt şəhərlərində havanı çirkləndirən PM 2.5. səviyyələrinin ölüm hallarına təsirinin öyrənilməsi məqsədilə, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən
Ekologiya Nazirliyi ilə birgə tədqiqat aparılıb.
Tədqiqatda 2023-2024-cü illərdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində PM2.5 səviyyəsinin 30 və daha yuxarı yaşda olan əhali arasında sağlamlıq və ölüm hallarına təsiri araşdırılıb.
Hər üç şəhərdə PM2.5 səviyyəsinin artıq olması səbəbindən ölümlərin minimum hesablanması 1626 nəfər təşkil edib ki, bu da 2023-cü ildə Azərbaycanda baş verən yol qəzaları nəticəsində həyatını itirənlərin sayından iki dəfə çoxdur, cəmi 862 hadisə.
Nəticələrin təhlili göstərib ki, havanın çirklənməsi sağlamlığa əhəmiyyətli təsir edir, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də Azərbaycanın digər böyük məskunlaşmış ərazilərində PM2.5 səviyyəsinin azaldılması üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsi son dərəcə vacibdir.
Tədqiqatla bağlı ətraflı məlumat: Əlavədə (rus və ingilis dilində).
LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Samir Mehdiyev
ƏLAQƏ: [email protected]









