Azərbaycanda doğulacaq uşağın cinsinin seçilməsinə təsir edən sosial, ictimai, tibbi və digər amillərin araşdırılması və hədəfli tədbirlərin keçirilməsi məqsədi ilə, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən sorğu keçirilib. BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıqla keçirilən sorğunun əsas məqsədi Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan əsas mexanizmlərin öyrənilməsi, statistik məlumatların əldə edilməsidir. Qadın məsləhətxanaları və doğum evlərində aparılan sorğuda ginekoloq, ultrasəsli diaqnostika (USM) həkimləri, mamalar, tibb bacıları iştirak ediblər. Bakı şəhərində və regionlarda keçirilən sorğu ümumilikdə 21 doğuşayardım tibb müəssisəsində, 917 nəfər respondent arasında aparılıb.
Tədqiqatla bağlı ətraflı məlumat: Əlavədə (ingilis dilində).
LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: İnara Makayeva
ƏLAQƏ: [email protected]









