Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycanda özəl tibb fəaliyyəti üzrə sorğu aparıldı.
İSİM tərəfindən 2021-ci ilin sonu 2022-ci ilin əvvəli ölkəmizdə özəl tibb müəssisələri arasında aparılan bu sorğu səhiyyə sektorunun inkişafındakı aktual məsələlərə, o cümlədən problemlərə nəzər salan ilk irimiqyaslı sorğudur.
Sorğunun məqsədi özəl tibb fəaliyyətində mövcud vəziyyəti, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, personal və pasiyentlərlə iş, icbari və könüllü sığorta, özəl təbabətdə informasiya texnologiyalarının tətbiqi və s. məsələləri öyrənmək idi.
Cəmi 108 sualın (o cümlədən İSİM ilə əməkdaşlıq haqqında 16 sual) yer aldığı sorğuya respublika üzrə fəaliyyət göstərən 61 özəl tibb müəssisəsi cəlb olundu və suallar müəssisə rəhbərləri tərəfindən cavablandırıldı. Sorğuya cəlb olunan tibb müəssisələrinin seçimi təsadüfi idi, sorğudan imtina nisbəti 3-5 faiz qeydə alındı.
Sorğu ilə bağlı ətraflı məlumat: Əlavədə.
LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Səbinə Babazadə
ƏLAQƏ: [email protected]