• İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu
  • İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi
  • İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu
  • Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir

İcra edİlmİş layİhələr bütün layİhələr

Körpə Dostu Klinikası standartları üzrə Bakı şəhərinin doğum evləri və doğum şöbələrində monitorinq aparıldı YENİLƏNİB: 27 İYUN 2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Körpə Dostu Klinikası standartları üzrə Bakı şəhərinin doğum evləri və doğum şöbələrində monitorinq aparıldı.

Monitorinq zamanı Bakı şəhərinin 12 doğuşayardım müəssisəsində  körpələrini ana südü ilə qidalandıran və qidalandırmayan, ümumilikdə, 124 nəfər qadın  arasında sorğu aparıldı və məlumatlar təhlil edildi.

Monitorinqin nəticələrinə dair 25 iyun 2019-cu il tarixdə İSİM-də dəyirmi masa təşkil edildi. İSİM-in direktoru Qəhrəman Haqverdiyev,  UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Hande Harmancı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov və digər mütəxəssislər dəyirmi masada çıxış etdilər. Bildirdi ki, ana südü ilə qidalandırmanın analar arasında geniş yayılması üçün ölkəmizdə mühüm tədbirlər həyata keçirilir. Bu məsələ səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş Dövlət Proqramlarında, eyni zamanda “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”da öz əksini tapıb. Qeyd olundu ki, “Körpə Dostu Klinikası Təşəbbüsü” 1991-ci ildən həyata keçirilir. 2015-ci ildə  bu təşəbbüs  yenidən qiymətləndirilib və onun müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda tətbiqinin təkmilləşdirilməsi prosesinə başlanılıb.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Səbinə Babazadə

ƏLAQƏ: [email protected]