Biz mediada | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

Azərbaycan Respublikasında “Azərbaycanda icbari tibbi sığortanın perspektivləri mövzusunda ictimai müzakirələrin təşkili” layihəsi YENİLƏNİB: 22 SENTYABR 2010

01 avqust 2008-ci il tarixindən 01 fevral 2009-cu il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (ACYF) dəstəyi ilə “Azərbaycanda icbari tibbi sığortanın perspektivləri mövzusunda” ictimai müzakirələrin təşkili” adlı layihə həyata keçirilmişdir.

Layihənin əsas məqsədi Azərbaycanda tətbiq olunacaq icbari tibbi sığorta (İTS) ilə bağlı maraqlı tərəflər arasında müzakirələrin və İTS-lə bağlı müəyyən qrup əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi olmuşdur. Layihə 6 ay ərzində reallaşdırılmışdır. Layihə çərçivəsində mövzu ilə bağlı Bakı şəhərində 23 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Azərbaycanda icbari tibbi sığortanın perspektivləri” mövzusunda konfrans keçirilib. Konfransda Milli Məclisin, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupunun, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, ACİYF-in, USAİD maliyyələşdirdiyi İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin, Rostropoviç-Vişnevskaya Fondunun, A Grup və Standart Insurance sığorta şirkətlərinin, “Sağlamlığa Çağırış” Koalisiyasının, İqtisadi Təşəbbüslərə Yadım Mərkəzinin, digər QHT və media vasitələrinin nümayəndələri iştirak ediblər.

01 fevral 2009-cu il tarixində Siyəzən şəhərində də yerli tibb personalının iştirakı ilə eyni mövzuda dəyirmi masa keçirilmişdir.

İTS haqqında əsas məlumatları özündə əks etdirən “8 sual, 8 cavab” adında informativ maarifləndirici xarakterli bukletlər nəşr olunmuşdur. Layihəni həyata keçirilməsində, PR işləri ilə bağlı “Ekspert” jurnalı İSİM-in tərəfdaşı kimi çıxış edib.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS:

ƏLAQƏ: