Qalereya | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

Azərbaycan Respublikasında “Dünyada Yol Hərəkəti Təhlükəsizliyi Vəziyyətinin Məruzəsi” layihəsi YENİLƏNİB: 22 SENTYABR 2010

2008-ci ilin may-iyul aylarında Azərbaycanda “Dünyada Yol Hərəkəti Təhlükəsizliyi Vəziyyətinin Məruzəsi” layihəsinin həyata keçirilməsi baş tutmuşdur. Belə ki, həmin ilin əvvəlində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisi Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına yönəldilmiş təsiredici tədbirlərin öyrənilməsini planlaşdırmışdı. Bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.n. Rüstəm Talışinski yol-nəqliyyat travmatizminin profilaktikası üzrə Səhiyyə Nazirliyinin əlaqələndirici nümayəndəsi seçilmiş və İsveçrənin Cenevrə şəhərində 3-4 mart 2008-ci ildə ÜST-nin təşkil etdiyi “Yol Təhlükəsizliyinin Qlobal Vəziyyətinin Hesabatı” treninqində iştirak etmişdir.

Cenevrədəki treninqdə təqdim olunmuş materiallara əsaslanaraq bu layihənin ölkəmizdə həyata keçirilməsi ÜST-nin texniki dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən reallaşdırılmışdır. Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına yönəldilmiş təsiredici tədbirlərin öyrənilməsi məqsədi ilə aidiyyəti dövlət təşkilatlarından olan respondentlər arasında sorğunun aparılması nəzərdə tutulmuş və müvafiq sorğu anketi tərtib olunmuşdur. Sorğu anketi yol hərəkətinin təhlükəsizliyi məsələləri ilə məşğul olan Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və Ədliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən cavablandırılmış və əldə edilmiş məlumatlar ölkə üzrə ümumi hesabatda təqdim olunmuşdur. Həmin məlumatlar dünyada yol hərəkəti təhlükəsizliyinin vəziyyəti barədə Məruzənin hazırlanmasında istifadə olunmuş və bu Məruzə ÜST-nın rəsmi saytında 2009-cu ildə dərc edilmişdir.

Yol hərəkəti təhlükəsizliyi dünya miqyaslı problem sayılır və daima beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.  Belə ki, dünyada hər il 1,2 milyondan çox insan yol-nəqliyyat hadısələri zamanı həlak olur, 50 milyonadək insan travma alır və ya əlil olur. 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası bu məsələni ilk dəfə qaldıraraq bir sıra qətnamələr, o cümlədən “Qlobal yol hərəkəti təhlükəsizliyinin yaxşılaşdırılması” qətnaməsi qəbul etmişdir ki, bununla da ÜST-ni bu sahədə əməkdaşlığa və BMT  tərəfindən aparılan yol hərəkəti təhlükəsizliyi tədbirlərinin əlaqələndirilməsinə dəvət etmişdir.  2005-ci ildə BMT-nin Baş Assambleyası hər il noyabr ayının üçüncü bazar gününü yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Xatirə Günü kimi qeyd olunmasını qərara aldı və 23-29 aprel 2007-ci il tarixini BMT-nin ilk Qlobal yol hərəkəti təhlükəsizliyi həftəsi kimi keçirilməsini elan etdi.

Ölkəmizdə yol hərəkəti prosesində insanların həyatının qorunması, yol-nəqliyyat qəzalarının və onların zərərli nəticələrinin qarşısının alınması məqsədi ilə 2002-2005-ci illəri əhatə edən Dövlət Proqramı tərtib edilmişdir. Həmin Proqram  «Yol hərəkəti haqqında»  Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, regionların sosial-iqtisadi və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf səviyyəsi nəzərə alınmaqla tərtib edilmişdir.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Tofig Musayev

ƏLAQƏ: [email protected]