İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

“Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi YENİLƏNİB: 31 MART 2020

01 oktyabr 2018-ci il tarixdən 31 mart 2020-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Vərəm və Ağciyər Xəstəliklərinə qarşı Beynəlxalq İttifaq (The Union) və beynəlxalq təşkilat olan Bloomberg Philanthropies tərəfindən dəstəklənən “Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsinin həyata keçirilməsinə nail olmuşdur.

Layihənin əsas məqsədi hökumət və vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda yeni qəbul edilmiş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun səmərəli icrasını təmin etmək üçün Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına uyğun milli tütünə nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Ölkədə tütün qanunvericiliyinin son pozitiv dəyişikliklərini gücləndirmək üçün layihə çərçivəsində, müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti, biznes sahibkarları və KİV ilə əməkdaşlıq edərək müvafiq tütün qanunvericiliyindəki boşluqları aradan qaldırmaq və onun səmərəli icrası üçün monitorinq işini təşkil etmək nəzərdə tutulurdu.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün tərəfdaşlar, vətəndaş cəmiyyəti və qərar qəbul edən şəxslərlə birgə və beynəlxalq təcrübə və normalara, həmçinin Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının maddələrinə və bu maddələrin həyata keçirilməsinin rəhbər prinsiplərə uyğunlaşdırmaqla tütünlə əlaqəli müvafiq milli qanunvericiliyin "Tütündən istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması, tütünlə mübarizə mexanizmlərinin müəyyənləşdirilməsi və tütünlə mübarizə tədbirlərinin effektivliyinin milli monitorinq sisteminin təkmilləşdirilməsi, bu işin daha səmərəli aparılması məqsədilə onun geniş dəstəklənməsi və kompleks təbliğat tədbirləri həyata keçirilmişdir.

Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası bəşəriyyətin tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmasıdır. O, Ümumdünya Səhiyyə Assambleyası tərəfindən 21 may 2003-cü il tarixdə qəbul edilmiş və 27 fevral 2005-ci il tarixdə qüvvəyə minmişdir. Həmin dövrdən başlayaraq Konvensiya Birləşmiş Millətlər Təşkilatının tarixində ən geniş tanınmış sazişlərdən biri olmuşdur. Bu günədək Konvensiyaya 181 Tərəf ölkə, o cümlədən 2005-ci ildə Azərbaycan da qoşulmuşdur.

Layihənin 2020-ci ilədək yekunlaşdırıılması Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasının 15 illik ildönümünə təsadüf edildi. Əhəmiyyətlidir ki, bu layihə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın və onun həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planının məqsəd və vəzifələri, xüsusilə də Strategiyanın “Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından təhlili əsasında mövcud hüquqi bazanın gücləndirilməsinə dair təkliflərin hazırlanması” fəaliyyəti ilə eynilik təşkil etdi.

Layihə çərçivəsində əsas məqsədə və aşağıdakı bir sıra mühüm tədbirlərin, o cümlədən seminarlar, konfranslar, kötləvi aksiyalar və s. həyata keçirilməsinə müvəffəqiyyətlə nail olunmuşdur.

Belə ki, müvafiq işlərin həyata keçirilməsi, o cümlədən həmin işlərin istiqamətləndirilməsi üçün Texniki Məsləhətçi Qrupun (TMQ) yaradılmışdır. TMQ mütəmadi görüşlər vasitəsi ilə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərdi, mövcud qanunvericiliyin təhlili, eləcə də “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verdi, tütünlə mübarizənin gücləndirilməsinə dəstək kampaniyalarında iştirak etdi. TMQ aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyətinin, o cümlədən İSİM, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Tibb Universiteti, “Gənclərin İnkişafı Naminə” İctimai Birliyi, Ümidli Gələcək Gənclər İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və media vasitələrinin nümayəndələrindən ibarət olmuşdur. 

Layihə üzrə bütün tədbirlər kütləvi informasiya vasitələrində, İSİM-in rəsmi internet səhifəsində və social şəbəkələrində, eləcədə ölkədə tütünlə mübarizəyə dəstək məqsədilə 2010-cu ildə yaradılmış və 2015-ci ildə yenilənmiş www.tobaccocontrol.az saytında, eləcə də www.nosmoke.az saytında və layihə çərçivəsində təşkil olunmuş “Tütünsüz dünya yarat” Facebook səhifəsində geniş işıqlandırılmışdır.

Layihə çərçivəsində həmçinin müxtəlif maarifləndirici çap materialları hazırlandı, nəşr edildi və paylanıldı, KİV-lərdə debatlar aparıldı və canlı çıxışlar edildi, müsahibələr verildi, bir sıra müəssisə və təşkilatlarda məqsədyönlü görüslər təşkil edildi, danışıqlar əsasında Bakı metropolitenin stansiyalarında layihə çərçivəsində tütün əleyhinə təşviqat-təbliğat xarakterli reklam lövhələri yerləşdirildi, tütünlə mübarizənin dəstəklənməsi ilə bağli ictimai rəy sorğusu keçirildi.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatları, ümumiyyətlə, bütöv vətəndaş cəmiyyəti ilə birgə tütün epidemiyasına qarşı mübarizənin davamlı şəkildə aparılması, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin məqsədyönlü həyata keçirilməsi, tütünlə mübarizə sahəsində digər zəruri addımların atılması üçün gələcəkdə də səylər göstəriləcəkdir.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Tofiq Musayev

ƏLAQƏ: [email protected]