İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk faktorlarının yayılması. YENİLƏNİB: 24 OKTYABR 2017

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair araşdırma 2017-ci ilin may ayından 2018-ci ilin mart ayına qədər aparılmışdır. Məlumat 24 Avqust 2017 - 24 oktyabr 2017-ci ilin iki ayı ərzində toplanmışdır.

Ümumilikdə isə Səhiyyə Nazirliyinin razılığı və ÜST-nin dəstəyi ilə aparılan sorğuda iştirak etmək üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası üzrə 240 klasterdən ümumi hesabla 2880 ev təsərrüfatı nəzərdə tutulub.

Bakı, Sumqayıt şəhərlərində və Xızı rayonunda keçirilən tədqiqatın sahə işləri aparılıb.

Ölkənin digər regionlarında da (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı-Qarabağ, Dağlıq Şirvan)  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu bu tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər tərəfindən sorğunun sahə işləri həyata keçirilib.

Cavab verilmə səviyyəsi 97.3% (2801 respondent) olmuşdur.

Sorğuda 10 qrupdan ibarət (hər qrupda 1 həkim və 1 tibb bacısı) intervüyerlər komandası əhaliyə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edib, onlar arasında QİX-in risk amillərini müəyyən edib. Sorğu zamanı iştirakçıların fiziki göstəriciləri (boy, çəki, qarının və ombanın dairəvi ölçüləri, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunub. Daha sonra respondentdən analiz üçün biokimyəvi nümunələr, qan nümunəsi (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək  məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək  məqsədilə) götürülüb. Bütün analizlər ÜST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparılıb. Gündəlik olaraq sorğu-sual mərhələsində əldə olunan 60 intervüdən ibarət məlumatlar dərhal planşetlər vasitəsi ilə elektron bazaya yüklənilib və onlayn rejimində sorğunun müşahidəçiləri tərəfindən nəzarətdə saxlanılıb.

Əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması məqsədi ilə bu sorğu Səhiyyə Nazirliyinin 07.03.2016-cı il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”na uyğun olaraq müntəzəm şəkildə aparılib.

 

Sənədləri Yüklə:

STEPS Azerbaijan 2017 AZ

STEPS Azerbaijan 2017 ENG


LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Nabil Seyidov

ƏLAQƏ: [email protected]