10TH EUROPEAN PUBLIC HEALTH CONFERENCE 1 – 4 NOVEMBER 2017 STOCKHOLMSMÄSSAN, STOCKHOLM | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbər vəsaitin hazırlanması YENİLƏNİB: 20 APREL 2015

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2014-cü ildə ”5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbərliyin hazırlanması və səhiyyə mütəxəsisləri üçün treninqlərin keçirilməsi” on bir aylıq layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun texniki dəstəyi ilə həyata keçirilir. Layihəyə konsultativ dəstəyini Paul Stradınya adına Riqa Universitetinin (Latviyanın Tibbi Akademiyası) “Qidalanma” üzrə tədqiqat proqramının rəhbəri, diyetologiya üzrə magistr d-r Lolita Vija Neiman göstərir.

Layihə 5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbərlik və treninq materiallarının hazırlanmasını, həmçinin pilot treninqlərin aparılmasını nəzərdə tutur. Rəhbərlik və treninq materialları ilkin səhiyyə sistemində çalışan pediatrlar və uşaq tibb bacıları üçün tərtib olunacaq. Layihənin əsas vəzifəsi hamilə qadınların və 5 yaşadək sağlam uşaqların rasional və balanslaşdırılmış qidalanması, eyni zamanda uşaqlarda qidalanmanın pozulması ilə bağlı xəstəliklərin profilaktikası barədə müasir elmə əsaslanmış tövsiyələrdən ibarət rəhbərliyin və pilot treninqlərin keçirilməsi üçün materialların hazırlanmasıdır.

Layihə çərçivəsində rəhbər vəsaitin və treninq materiallarının tərtibi üçün UNİCEFÜSTABŞ Qidalanma üzrə Assosiasiyası, Cənubi Avstraliyanın səhiyyə departamentinin və qidalanma sahəsində çalışan digər nüfuzlu beynəlxalq təşkilatların protokolları istifadə edilərək, azərbaycan dilinə tərcümə olunacaq və yerli tələblərə uyğunlaşdırılacaq. 

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Şəhla İsmayılova

ƏLAQƏ: [email protected]