Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında imzalanmış 2010-cu il üzrə İllik İş Planına əsasən, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” layihəsi həyata keçirilib. Layihə ana və tibb işçilərinin körpə və azyaşlı uşaqların qidalandırılması haqqında bilik, yanaşma və təcrübələrinin qiymətləndirilməsi vasitəsilə uşaqların qidalandırılması sahəsində mövcud vəziyyətin, eləcə də marketlərdə satılan uşaq qidalarının mövcudluğunu və bu qidanın üzərindəki informasiyanın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi məqsədini daşıyırdı. Qiymətləndirmə çərçivəsində tibb işçiləri, 2 yaşa qədər uşaqları olan qadınlar arasında sorğu aparılıb. Həmçinin marketlərdə monitorinq həyata keçirilib, azyaşlı uşaqlar üçün satışa çıxarılan mövcud qida məhsullarının keyfiyyət göstəriciləri qeyd olunub.
2011-ci il iyulun 28-də “Dalğa” Plazada Azərbaycanda körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsinə dair hesabatın təqdimatı keçirildi.
LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Nərgiz Mövsümova
ƏLAQƏ: