Sənədlər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

“Maraqlı tərəflərin təhlili: Azərbaycanda ailə təbabətinin tətbiqi” layihəsi YENİLƏNİB: 25 APREL 2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 sentyabr 2008-ci il tarixli 119 nömrəli əmrinə əsasən 2009-cu ildən etibarən səhiyyə sisteminin islahatları çərçivəsində rayon və kənd yerlərində ailə həkimi vəzifələri yaradılmış və İlkin Səhiyyə Xidmətləri (İSX) səviyyəsində ailə təbabəti prinsipinə əsaslanan xidmətlərin göstərilməsinə başlanmışdır. 2013-cü ilin noyabr-dekabr aylarında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən aparılmış  araşdırma Azərbaycanda İSX sisteminin islahatına cəlb olunmuş və ya onun təsirinə məruz qalmış rayon (Abşeron, Şəki, Qax, Ağdaş, İsmayıllı) və mərkəz səviyyəli tərəflərin biliklərini, mövqelərini, maraqlarını və imkanlarını qiymətləndirmək və təhlil etmək məqsədilə həyata keçirilmişdir.

Oxşar araşdırma 2008-2009-cu illərdə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən Abt Associates, İnc. təşkilatı ilə birgə İSİM tərəfindən həyata keçirilmişdir. Eyni araşdırmanın İSX səviyyəsində ailə təbabəti prinsipinə əsaslanan xidmətlərin tətbiqindən 4 il sonra keçirilməsi mərkəzi və rayon səviyyəli rəhbərlərin bilik, mövqe və maraqlarının əvvəlki sorğunun nəticələri ilə müqayisəli təhlilinə və eyni zamanda əhalinin bu xidmətlərə çıxışın, xidmətlərlə bağlı biliklərin və məmnunluq səviyyəsinin qiymətləndirilməsinə imkan yaradır.

Araşdırma maraqlı tərəflərin aşağıdakı məsələlərə dair baxışlarının və narahatlıqlarının başa düşülməsinə istiqamətləndirilmişdir:

  • Mövcud İSX sisteminin effektivliyi;
  • Ailə həkimi ixtisasının tətbiqi və bununla bağlı mövcud İSX sisteminin yenidən qurulması;
  • Mövcud səhiyyənin maliyyələşdirilməsi mexanizmi və İSX təchizatçıları üçün adambaşı ödənişin tətbiqi;
  • İSX təchizatçılarının idarəetmə və maliyyə müstəqilliyinin artırılması;
  • Əhalinin ailə təbabətinin tətbiqinə münasibəti və ailə həkimi xidmətlərindən məmnunluğu.

Bu araşdırma üçün metodologiya “Səhiyyə İslahatı Naminə Əməkdaşlıq” layihəsi tərəfindən hazırlanmış “Səhiyyə Sektorunda İslahatların Gücləndirilməsi üçün Siyasət Alətləri” rəhbərliyindən götürülmüş maraqlı tərəflərin təhlilinin təlimatlarına və MakMaster Universitetinin "Ailə təbabətində keyfiyyət" layihəsi çərçivəsində hazırlanan pasiyentlər üçün sorğu vərəqəsinə əsaslanmışdır. Beləliklə, layihə çərçivəsində 3 müsahibə aləti hazırlanmışdır:

  1. mərkəz və rayon səviyyəli maraqlı tərəflərin müsahibəsi üçün sorğu vərəqəsi;
  2. ailə həkimləri arasında müsahibə üçün sorğu vərəqəsi;
  3. əhali arasında müsahibə üçün sorğu vərəqəsi.

Sorğu alətləri İSİM-də sınaqdan keçirilmiş və alınmış nəticələrə əsasən onlarda aidiyyəti dəyişikliklər edilmişdir. Təhlilin aparılması üçün lazım olan bütün alətlər hazır olandan sonra maraqlı tərəflər ilə müsahibələrə başlanmışdır. Araşdırma komandası İSİM-in əməkdaşlarından ibarət idi. Tədqiqata Azərbaycanda İSX islahatında maraqları olan mərkəz və rayon səviyyəli təşkilatların nümayəndələri ilə aparılmış 59 müsahibə, eyni rayonlarda fəaliyyət göstərən 20 ailə həkimi ilə aparılmış müsahibə və həmin həkimlərin xidmətlərindən yararlanan 314 pasiyent ilə aparılmış müsahibə daxil edilmişdir.

25 aprel 2014-cü il tarixdə İSİM-də “Maraqlı tərəflərin təhlili: Azərbaycanda ailə təbabətinin tətbiqi”nə dair araşdırmanın yekun hesabatı ictimaiyyətə açıqlandı. Tədbirdə Azərbaycanda ailə təbabətinin tətbiqindən bu günə kimi vəziyyətin, inkişaf dinamikasının, mövcud nailiyyətlərin və problemlərin müzakirələri aparıldı.

Tədqiqat göstərdi ki, maraqlı tərəflərin əksəriyyəti prosesin təməlinin qoyulmasını zərurətini qeyd edir və bir sıra istiqamətlər üzrə növbəti ardıcıl tədbirlərin və islahatların həyata keçirilməsi yolu ilə ailə təbabətinin uğurlu tətbiqini gözləyir.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Lütfi Qafarov

ƏLAQƏ: [email protected]