İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

“Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi YENİLƏNİB: 30 NOYABR 2011

Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsi (IPPF-EN) orta gəliri olan yeddi ölkədə, o cümlədən Azərbaycanda əhalinin ailə planlaşdırılması və reproduktiv sağlamlıq vasitələrilə təmin olunmasını təhlil etmək qərarına gəlmişdir.

Tədqiqat BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) birgə təşəbbüsü olaraq BMT-nin Əhali Fondu tərəfindən maliyyələşdirilir və IPPF-EN-in Qazaxıstan, Bosniya, Bolqarıstan, Makedoniya, Serbiya və Ermənistanda əməkdaşlıq etdiyi qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir. Azərbaycanda təşkilat bu tədqiqatı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə (İSİM) birgə layihə şəklində aparır. Layihənin həyata keçirilməsilə əlaqədar İSİM-in əməkdaşları Teymur Hüseynov və Gülnarə Hacızadə iyulun 4-8-də Serbiyanın Belqrad şəhərində keçirilən təlimdə iştirak ediblər. Təlimin gedişində adları sadalanan ölkələrin nümayəndələri ailə planlaşdırılması xidmətlərindən istifadə imkanlarını təhlil edərək nəzərdə tutulan layihənin yanaşmalarını müəyyənləşdiriblər. Eləcə də layihənin bəzi texniki aspektləri nəzərdən keçirilib.

“Ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsinin əsas məqsədi əhalinin müasir kontraseptiv üsullardan istifadəsinin aşağı səviyyədə olmasının səbəblərini öyrənmək və müasir kontrasepsiyaya əhalinin əlçatanlığının artırılmasını məqsəd qoyan müvafiq strategiyanın işlənməsi üçün lazım olan informasiyanı əldə etməkdir. Layihə çərçivəsində 2011-ci il avqustun 22-23-də İctimai Səhiyyə və İslahatlar Mərkəzində sorğu aparanlar üçün təlim keçirilib. Sentyabr-noyabr aylarında fokus qrup müzakirələri və hədəf auditoriya arasında sorğu aparılıb. Bakı, Quba və Xaçmazda 10 fokus qrup üzrə müzakirələr təşkil olunub və 25 müsahibə götürülüb. Fokus qrup müzakirələri reproduktiv yaşda olan kişilər və qadınlar, eləcə də gənclər arasında aparılıb.

Sorğuda maraqlı tərəflər səhiyyə işçiləri və səhiyyə sistemində rəhbər işçilər, icma liderləri, qadın təşkilatlarının rəhbərləri, əczaçılıq kompaniya və donor təşkilatlarının nümayəndələri olub. Hazırda əldə edilən materialların təhlil prosesi gedir.

Dekabrın əvvəlində sorğuda iştirak edən ölkələrin nümayəndələrinin Türkiyənin İstanbul şəhərində toplantısı nəzərdə tutulur. Burada iştirakçılar sorğu nəticələri ətrafında fikir mübadiləsi aparacaqlar və nəticələr UNFPA-nın regional ofisinin nümayəndələrinə təqdim ediləcək, gələcək strategiya üçün əsas istiqamətlər müəyyənləşdiriləcəkdir.

Tədqiqatın nəticələri Azərbaycanda ailə planlaşdırılması üzrə müvafiq proqramların BMT-nin Əhali Fondu tərəfindən tərtib edilməsində istifadə olunacaqdır.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Teymur Hüseynov

ƏLAQƏ: [email protected]