Foto | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

İcra edİlmİş layİhələr bütün layİhələr

Səhiyyə Kommunikasiyası üzrə Milli Konsepsiyanın hazırlanması YENİLƏNİB: 22 SENTYABR 2010

2008-ci ildən başlayaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) USAİD tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi” layihəsi başda olmaqla partnyor təşkilatlarla sıx əməkdaşlıq şəraitində Azərbaycanda Səhiyyə Kommunikasiyasının inkişafı istiqamətində geniş fəaliyyət həyata keçirilir. Ötən dövr ərzində İSİM və USAİD-in “İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi” Layihəsi tərəfindən bu sahə ilə bağlı təlimlər keçirilmiş, səhiyyə kommunikasiyasında çox istifadə olunan terminlərin “İzahlı Lüğət”i hazırlanmış və Cons Hopkins Universitetinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən tərtib olunmuş “Səhiyyə Kommunikasiyası Mütəxəssisləri üçün Rəhbər Vəsait” azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmişdir. 07 avqust 2009-cu il tarixində İSİM-də həmin kitabın təqdimat mərasimi keçirilib.

Bu işlərin məntiqi davamı kimi 2009-cu ildən İSİM-in fəal iştirakı ilə digər təşkilatlarla birlikdə Səhiyyə Kommunikasiyası üzrə Milli Konsepsiyanın hazırlanmasına başlanılmışdır. Bu məqsədlə 16-17 mart 2009-cu il tarixlərində İSİM-də “Səhiyyə Kommunikasiyası üzrə Milli Konsepsiyanın hazırlanması” mövzusunda ikigünlük seminar keçirilib. Seminarın əsas məqsədi Azərbaycanda səhiyyə kommunikasiyası üzrə milli strategiyanın ilkin variantının hazırlanmasına yönəlib. Seminar USAİD-in “İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi” layihəsinin dəstəyi ilə həyata keçirilib. Həmçinin seminarda Konsepsiyanın ilkin variantının hazırlanması üçün USAİD tərəfindən Olqa Kolyada ekspert qismində dəvət olunub. Bundan başqa seminarda müxtəlif yerli ekspertlər səhiyyənin səmərəliliyinin artırılması, ilkin səhiyyənin inkişaf etdirilməsi və digər bu kimi məsələlər ətrafında çıxışlar ediblər.

Tədbirdə səhiyyə kommunikasiyası üzrə hazırlanan Milli Strategiyada yerli tibb mütəxəssislərinin təkmilləşdirilməsi ilə bağlı məsələyə yer ayrılması iştirakçılar tərəfindən diqqətə çatdırılıb. Həmçinin tədbirdə mövcud problemlərin aradan qaldırılması istiqamətində Səhiyyə Nazirliyi ilə yanaşı, müvafiq dövlət qurumlarının əhəmiyyətli rola malik olması da vurğulanıb.

Seminarda iştirakçılar tərəfindən ilkin olaraq səhiyyə kommunikasiyasında əsas hədəf sahələr – vərəm, cinsi yolla keçən xəstəliklər, qeyri-yoluxucu xəstəliklər, QİÇS, dərman vasitələrindən səmərəli istifadə, ümumi səhiyyə islahatları kimi sahələr təqdim olunub. Tədbirdə iştirak edən ekspertlər seminarın keçirildiyi müddətdə səhiyyə sahəsində olan digər prioritet sahələrin bu siyahıya əlavə edilməsinin mümkünlüyünü vurğulayıblar.

Seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, USAİD, ACQUİRE Layihəsi, UNİCEF, World Vision, Global Fond, İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi layihəsi və digər beynəlxalq, eləcə də, yerli QHT-lərin nümayəndələri iştirak ediblər.

Seminarın gedişatında səhiyyə kommunukasiyası üzrə hazırlanacaq Milli Konsepsiyanın, sonradan daha da təkmilləşdirilərək, Azərbaycan səhiyyəsini əhatə etməsi məqsəd kimi qoyulurdu.

Hal-hazırda Konsepsiyanın hazırlanması üzrə işlər yekunlaşmaq üzrədir. Sənədin yaxın günlərdə təqdimatı nəzərdə tutulur.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS:

ƏLAQƏ: