• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

İcra edİlmİş layİhələr bütün layİhələr

“Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi YENİLƏNİB: 26 NOYABR 2010

01 oktyabr 2009-cu il tarixdən başlayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ABŞ-ın Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə və Ağ Ciyər Xəstəliklərinə və Vərəmə Qarşı Beynəlxalq İttifaq (The Union) tərəfindən koordinasiya olunan “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsini həyata keçirmişdir. Birillik layihə İSİM-in rəhbərliyi altında Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (AHCA)ABŞ-ın Cons Hopkins Universiteti Blumberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi partnyorları ilə birgə aparılmışdır.

Layihənin əsas məqsədi Azərbaycanda tütünə nəzarətin gücləndirilməsi üçün başlıca sənəd kimi istifadə ediləcək Tütünlə Mübarizə üzrə Milli Strategiyanın hazırlanması idi. Qarşıya qoyulan məqsədə nail olmaq üçün bir neçə əsas vəzifənin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

  • təlimlər vasitəsi ilə dövlət və qeyri-hökumət təşkilatları, eləcə də media nümayəndələrinin tütünə nəzarət üzrə bacarıqlarının artırılması;
  • dövlət və qeyri-hökumət təşkilatlarından ibarət Tütünə Nəzarət Şəbəkəsinin yaradılması və onların bu sahədə fəaliyyətlərinin dəstəklənməsi;
  • Tütünlə Mübarizə üzrə Milli Strategiyanın hazırlanması və təsdiqlənməsi üçün müvafiq dövlət qurumlarına təqdim olunması.

Layihə çərçivəsində əsas məqsədə və bir neçə mühüm tədbirin həyata keçirilməsinə müvəffəqiyyətlə nail olunmuşdur.

Belə ki, 14 dekabr 2009-cu il tarixdə dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının aidiyyəti ekspert və nümayəndələrinin iştirakı ilə Tütünlə Mübarizə üzrə I Milli Konfrans keçirilmişdir. Konfransda Ağ Ciyər Xəstəliklərinə və Vərəmə Qarşı Beynəlxalq İttifaqın nümayəndəsi Dmitriy Medlev və Türkiyənin Ankaradakı Hacıtəpə Universitetinin professoru Nazmi Bilir də iştirak etmişlər. Konfransda Bəyannamə imzalanmaqla Tütünlə Mübarizə üzrə Milli Koalisiyanın yaradılması elan edilmişdir. Koalisiyanın yaradılmasında başlıca məqsəd, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən epidemiya elan edilmiş və müasir dövrdə əhalinin sağlamlığının qorunması sahəsində təhlükəli problemə çevrilmiş tütünə qarşı mübarizədə dövlət, beynəlxalq, qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı vətəndaşların, bütövlükdə Azərbaycan cəmiyyətinin səylərinin birləşdirilməsinə və icra orqanlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin təşkilinə nail olmaq idi.

İctimai Səhiyyə və İslahatlar Mərkəzində Koalisiyanın üzvləri olan dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə, eləcə də tütünə nəzarət siyasətinin və qanunvericiliyin təkmilləşdirilməsi üçün məsləhətçi xidmətləri göstərən, layihənin fəaliyyətlərini əlaqələndirən və Tütünlə Mübarizə üzrə Milli Strategiyanın hazırlanmasında iştirak edən İşçi Qrup üzvləri ilə mütəmadi görüşlər keçirilmişdir.

Layihə çərçivəsində tütünlə mübarizə sahəsində bilik, təcrübə və potensialın gücləndirilməsi məqsədi ilə silsilə xarakterli təlimlər təşkil edilmişdir. Belə ki, 08-09 fevral 2010-cu il tarixlərində müxtəlif dövlət qurumlarının nümayəndələri üçün İSİM-də “Tütünlə Mübarizə Sahəsində Liderlik və İdarəetmə” mövzusunda iki günlük təlim keçirilmişdir. Tədbirdə təlimçi qismində ÜST-nin Türkiyə Tütünlə Mübarizə üzrə Milli Proqramının məsul əməkdaşı Toker Erguder iştirak etmişdir. 11 və 12 mart, eləcə də 18 və 19 mart 2010-cu il tarixlərində bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Tütünlə Mübarizə Yolları” mövzusunda praktiki təlimlər keçirilmişdir. Bütün təlimlər ÜST-nin MPOWER sənədi əsasında aparılmışdır. Təlimlər zamanı layihə çərçivəsində hazırlanmış “Tütünə nəzarət” rəhbərliyindən istifadə edilmişdir. Tütünə səmərəli nəzarət üsulları barədə ətraflı məlumatlardan ibarət olan bu rəhbərlik maraqlı tərəflərin ehtiyaclarına uyğunlaşdırılmışdır. Sənədin hazırlanması zamanı beynəlxalq ekspert rəyi və təcrübə nəzərə alınmışdır. Keçirilmiş təlimlərdə parlament, nazirliklər, qeyri-hökumət təşkilatları, media və ictimai təşkilatlardan olan təxminən 40 nümayəndə iştirak etmişdir.

2010-cu ilin mart ayında layihə çərçivəsində yaradılmış və istifadəyə verilmiş www.tobaccocontrol.az internet səhifəsinin başlıca məqsədi dünyada və Azərbaycanda tütünlə mübarizə sahəsində məlumatların, hadisələrin və təcrübənin geniş işıqlandırılmasına yönəldilir, mövcud resursların istifadəsinə imkan verir, ən əsası isə Koalisiya üzvlərinin əlaqələndirilməsinə yardım edir.

26 may 2010-cu il tarixdə Koalisiya tərəfindən “Tütünlə Mübarizə” mövzusunda 5-15 yaşlı uşaqlar arasında keçirilən rəsm müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilmiş, qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Müxtəlif dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə uşaqlar və valideynlərin iştirak etdiyi həmin tədbirin sonunda uşaqlar və böyüklər öz fikir və imzalarını ağ lövhə üzərində əks etdirməklə bir çox ölkələrdə keçirilən “Tütünsüz Dünya” aksiyasına qoşulmuşlar. Seçilmiş rəsmlər əsasında “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində İSİM tərəfindən plakatlar hazırlanmış və nəşr edilmişdir.

Layihə çərçivəsində İSİM tərəfindən “Qlobal tütün epidemiyası barədə ÜST-nin Məruzəsi, 2008-ci il.” və “MPOWER: Tütün epidemiyasına son qoya biləcək mübarizənin altı strategiyası” azərbaycan dilinə tərcümə və nəşr edilmişdir.

Tütün epidemiyası ictimai səhiyyənin ən ciddi təhlükələrindən biri hesab olunduğuna görə problemin aktuallığını bir daha vurğulamaq üçün Azərbaycan Respublikası Milli Məclisində Sosial Siyasət Komitəsinin təşəbbüsü ilə 31 may 2010-cu il tarixdə Ümumdünya Tütünsüz Gününə həsr olunmuş “Milli Qanunvericilikdə Tütünlə Mübarizə: Reallıqlar və Perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin, Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, aidiyyəti nazirliklərin, digər dövlət, beynəlxalq və qeyri-hökumət qurumlarının səlahiyyətli nümayəndələri və layihə çərçivəsində yaradılmış Tütünlə Mübarizə üzrə Milli Koalisiyanın üzvləri iştirak etmişlər. Dəyirmi masada tütün epidemiyası ilə bağlı məsələlər təhlil olunmuş, tütünlə mübarizə üzrə milli qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycanda Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə Tütünlə Mübarizə üzrə Milli Strategiyanın hazırlanması, tütünlə mübarizənin əsas istiqamətləri və mövzu ətrafında bir sıra çıxışlar edilmiş, irəli gələn məsələlərə dair müzakirələr aparılmışdır.

Layihə çərçivəsində Azərbaycan Respublikasının “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na qoşulmasının beşilliyi ilə əlaqədar 20 sentyabr 2010-cu il tarixdə Milli Məclis, dövlət, beynəlxalq, qeyri-hökumət təşkilatlarının aidiyyəti nümayəndələrinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə Tütünlə Mübarizə üzrə II Milli Konfrans keçirilmişdir. Konfransda Azərbaycanda tütünə qarşı mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində dövlət səviyyəsində aparılan məqsədyönlü fəaliyyət işıqlandırılmış, tütünə qarşı mübarizə üzrə ÜST-nin tövsiyələri nəzərdən keçirilmiş, ABŞ-ın Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmış “Azərbaycan Respublikasının 2011-2015-ci illər üçün Tütünlə Mübarizə üzrə Milli Strategiyası”nın layihəsinin təqdimatı və geniş müzakirəsi aparılmış və kütləvi informasiya nümayəndələri üçün brifinq təşkil edilmişdir. Konfrans iştirakçılarına təqdim olunmuş Strategiya Azərbaycan tərəfindən 2005-ci ildə ratifikasiya edilmiş “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”nın 5-ci maddəsinə uyğun olaraq işlənilib və Azərbaycanda vəziyyətin obyektiv şərtlərindən yaranan tütün istifadəsinin yayılmasının qarşısının alınmasını özündə əks etdirən dövlət siyasətinin 2011-2015-ci illər üçün tütünlə mübarizənin əsas istiqamətlərini işıqlandırır. Konfransın sonunda beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış Tütünlə Mübarizə üzrə Milli Strategiyanın layihəsi tədbir iştirakçıları tərəfindən yekdilliklə bəyənilmiş və onun təsdiq olunması məqsədi ilə müvafiq təşəbbüsün qaldırılması üçün Səhiyyə Nazirliyinə müraciət edilməsi qərara alınmışdır.

Layihə çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının 5.3; 8; 11 və 13-cü maddələrinin həyata keçirilməsinin rəhbər prinsipləri”nin azərbaycan dilinə tərcüməsi və nəşri edildi. Konvensiya Tərəflərinin qəbul etdiyi rəhbər prinsiplərin məqsədi Konvensiyadan irəli gələn öhdəliklərə riayət etməkdə və fəaliyyətləri istiqamətləndirməkdə Tərəflərə yardım göstərməkdir.

“Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi başa çatmasına baxmayaraq Səhiyyə Nazirliyi və İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Tütünlə Mübarizə üzrə Milli Koalisiya, dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə birgə tütün epidemiyasına qarşı mübarizə davam etdiriləcək, Strategiyanın təsdiqlənməsi və onun məqsədyönlü həyata keçirilməsi üçün gələcəkdə də səylər göstəriləcəkdir.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Tofiq Musayev

ƏLAQƏ: [email protected]