BİZİMLƏ ƏLAQƏ | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

“Diabet Məktəblərinin təşkili” layihəsi YENİLƏNİB: 1 MAY 2013

Şəkərli diabet xroniki, ağır xəstəlik olmaqla yanaşı, böyük xərclər tələb edən, ağır fəsadlarla müşayiət olunan xəstəlikdir. Dünyanın bir çox ölkələrində diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır. Məhz buna görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1992-ci ildə şəkərli diabet xəstəliyini qeyri-infeksion epidemiya kimi qiymətləndirib.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı durmadan artır və hal hazırda 137 400 təşkil edir.

Beynəlxalq Diabet Federasiyası dünyanın bütün ölkələrinin diabet cəmiyyətlərinə müraciət edərək, şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir. Bu məqsədlə Azərbaycan Diabet Cəmiyyəti Dünya Diabet Fonduna respublikanın şəhər və rayonlarında “Diabet Məktəblərinin təşkili” layihəsi ilə müraciət etmişdir. Müraciətdən sonra Fondun tələblərinə uyğun olaraq, layihənin reallaşdırılmasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilati dəstəyi məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaxından iştirakı nəzərdə tutulmuşdur. Beləliklə, həmin layihə 2011-ci ilin yanvarında Fond tərəfindən təsdiq olunmuşdur.

Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaq idi.

Layihənin gedişinin əvvəlində Sumqayıt və Lənkəran şəhərlərində Diabet məktəblərinin təşkili və diabetli xəstələr və risk qrupuna aid əhali arasında bu xəstəliyə dair məlumatlılığın vəziyyətinin ilkin qiymətləndirilməsi aparılmışdır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimçilər üçün təlimlər keçirilmişdir. Təlimlər Dünya Diabet Fondunun üzvü, Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Endokrinoloji Elmi Mərkəzinin şöbə müdiri tibb elmləri doktoru Aleksandr Mayorov tərəfindən aparılmışdır. Təlimlərdə iştirak etmiş həkim-endokrinoloqlar və tibb bacıları yaradılmış diabet məktəblərində hədəf qruplarına - ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinə, diabetli xəstələrə və risk qrupuna aid əhaliyə bu xəstəliklə bağlı biliklərin artırılması və özünənəzarətin gücləndirilməsi məqsədilə təlimlər keçməklə, sağlam həyat tərzini təşviq etmişdirlər.

Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbi təşkil edilmişdir. Maarifləndirmə məqsədi ilə 105 həkim üçün 70 təlim, 210 tibb bacısı üçün 140 təlim, 1155 diabetli xəstə üçün 770 təlim, 1050 risk qrupuna aid olan insanlar üçün 700 təlim keçirilmişdir. Həmin məqsədlə 3500 buklet, 4000 kitabça, 300 poster, 2550 təlim materialları paketi, risk qrupuna aid olan əhali üçün 1100, xəstələr üçün 2500 məlumat paketi hazırlanaraq paylanmışdır.

Layihə çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “İlkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün”, “Şəkərli Diabet tip 1 xəstəliyi üzrə pasiyentlər üçün”, “Şəkərli Diabet tip 2 xəstəliyi (insulindən asılı olmayan) üzrə pasiyentlər üçün”, “Şəkərli Diabet tip 2 xəstəliyi (insulindən asılı) üzrə pasiyentlər üçün”, “Risk qrupuna aid əhali üçün” tədris materialı, “Şəkərli Diabetə nəzarət”, “Çörək vahidləri cədvəli”, “Diabet xəstələri üçün pəncələrə qulluq qaydaları”, “Özünənəzarət gündəliyi”, “Hipoqlikemiya”, “İnsulinin vurulma qaydaları” bukletləri, poster və plakatlar hazırlanmış və çap edilmişdir.

Layihə çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzində yaradılmış baş diabet məktəbində hər ay şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilmişdir. Təlimlər zamanı şəkərli diabet haqqında məlumat, özünənəzarət vasitələrindən istifadə qaydaları, düzgün qidalanma, diabetin fəsadları və s. mövzularla bağlı bilik və bacarıqlar barədə məlumat verilmişdir.

Həmçinin Sumqayıt və Lənkəran şəhərlərində Diabet məktəblərinin təşkili və diabetli xəstələr və risk qrupuna aid əhali arasında bu xəstəliyə dair məlumatlılığın vəziyyətinin yekun qiymətləndirilməsi aparılmışdır.

“Diabet Məktəblərinin təşkili” layihəsi Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2011-2015-ci illər üzrə Strateji Planı”nda və “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində müəyyən əhəmiyyətə malik olmuşdur.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Rahib Məmmədov

ƏLAQƏ: [email protected]