• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

9 MART 2017

KİV nümayəndələri Ümumdünya Böyrək Günü ilə bağlı məlumatlandırıldı

Hər il mart ayının ikinci həftəsinin dördüncü günü bütün dünyada “Ümumdünya Böyrək Günü” kimi qeyd olunur. Bu günlə əlaqədar 7 mart 2017-ci il tarixdə akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında ( RKUX) Səhiyyə Nazirliyinin Mətbuat Xidməti və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Ümumdünya Böyrək Günü”nə həsr olunmuş brifinq təşkil olundu.

“2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi üçün “Səhiyyə Nazirliyin Fəaliyyət Planı”na əsasən təşkil olunan tədbirdə media nümayəndələrini xroniki böyrək çatışmazlığı xəstəliyi ilə bağlı Azərbaycanda mövcud olan vəziyyət haqda  RKUX-nın hemodializ şöbəsinin müdiri Fariz Babayev tanış etdi. O, xroniki böyrək çatışmazlığı xəstəliyinə düçar olmuş şəxtələrin həyat tərzinin yaxşılaşdırılması,onlara tibbi yardımın daha da təkmilləşdirilməsi, ömürlərinin uzadılması, ölüm hallarının azaldılması, hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verdi. Təbdir zamanı xəstəliyin profilaktikası, erkən aşkarlanmasında ictimaiyyətin maarifləndirilməsi istiqamətində KİV-lərin rolu xüsusi qeyd olundu.

Sonda KİV nümayəndələrinə İSİM tərəfindən xroniki böyrək çatışmazlığı mövzusunda əhalinin maarifləndirilməsi üçün hazırlanmış çap materialları paylanıldı.