• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

23 FEVRAL 2017

Tələbələr “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirildilər

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 22 fevral 2017-ci il tarixdə Bakı Qızlar Universitetində tədbir keçirdi. Tələbələrin iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda baş tutan tədbirdə

gənclərin reproduktiv sağlamlıq problemləri barədə məlumatlandırılmasının reproduktiv sağlamlığın yaxşılaşdırılmasında mühüm rol oynamasından danışıldı.

Tədbir iştirakçılarını salamlayan BQU-nun rektoru Sevinc Rəhimova gənclərin sağlamlıqlarını qorumaları üçün maariflənməyə olan ehtiyaclarından, məlumatsızlıqdan yaşana biləcək problemlərin ciddiliyindən danışdı. O, qeyd etdi ki, belə tədbirlər gənclərin reproduktiv sağlamlıqlarının qorunmasında əvəzsiz rol oynayır. Daha sonra İSİM-in həkim-metodisti, ginekoloq Afət Məmmədova tədbir iştirakçılarına “Cinsi yolla yoluxan infeksiyalar və ailə planlaşdırılması” mövzusunda təqdimat etdi. Natiq reproduktiv sağlamlığın, reproduktiv sistem və onun funksiyaları daxil olmaqla, insanın tam fiziki, əqli və sosial rifah halı olduğunu vurğuladı.

Mütəxəssis nitqində cinsi yolla yoluxan infeksiyaların əlamətlərindən, onların ötürülmə yollarından, ailə planlaşdırılması və onun üsullarından bəhs etdi. O, tələbə qızlara müasir kontraseptivlər barədə, arzuolunmaz hamiləlikdən qorunma üsulları və eləcə də abortların qadın sağlamlığına mənfi təsiri haqında geniş məlumat verdi.

A.Məmmədova, həmçinin reproduktiv sağlamlıq sahəsində cəmiyyətimizdə yaşanan problemlərin aradan qaldırılması üçün əhalinin bu məsələyə daha məsuliyyətli yanaşmasının vacıbliyindən danışdı. Tələbə auditoriyası tərəfindən maraqla qarşılanan təqdimatın sonunda mövzu ətrafında diskussiya aparıldı. Tədbir iştirakçılarına İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.