İSİM-in “Tütünsüz dünya yarat” aksiyası keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

29 NOYABR 2016

İSİM-in “Tütünsüz dünya yarat” aksiyası keçirildi (FOTO)

Tütünçəkməyə qarşı mübarizədə daim maarifləndirici tədbirlər həyata keçirən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 29 noyabr 2016-cı il tarixdə tütünlə mübarizəyə dair növbəti ictimai-maarifləndirmə aksiyasını keçirdi. Bu dəfə “Tütünsüz dünya yarat” şüarı altında keçirilən aksiya Park Bulvar AVM-də gəncləri hədəflədi. ASAN Könüllüləri Gənclər Təşkilatının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Ümidli Gələcək Gənclər Təşkilatının, Gənclərin İnkişafı İctimai Birliyinin və Gənclərin İnkişafı İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə baş tutan aksiya zamanı gənclərə tütünün zərərləri haqqında məlumat verildi və tütünsüz dünya yaratmaq təbliğ edildi. Aksiyanın keçirilməsi ilə əsas məqsəd olan əhalinin tütünlə bağlı maarifləndirilməsi səviyyəsinin artırılmasına eyni zamanda,  Park Bulvar AVM-də olan əksər insanların diqqətinin cəlb edilməsinə nail olundu.

Aksiyada İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və ASAN Könüllüləri Təşkilatının sədr müavini Rəbiyyə Cəfərovanın nitqindən sonra iştirakçılarla birlikdə viktorinanın keçirilməsi ilə bədii hissə başladı. Aksiya iştirakçılarına siqaretin tərkibindəki zərərli maddələr haqqında məlumat verildi. Daha sonra, iştirakçılar “Tütündən azad yaşa” adlı lövhənin üzərində “tütün çəkmək qadağandır” işarəsini yaratdılar. Tədbirin aparıcısı İştirakçılara İSİM tərəfindən keçirilən digər bir tütün əleyhinə kampaniya “Like et, kinoya get” adlı online-aksiyası haqqında məlumat verdi. S. Babazadə isə bütün iştirakçıları tütünsüz dairə ətrafında birləşməyə dəvət etdi. Aksiya iştirakçılarından ibarət tütünsüz dairə yaradıldı, sonra isə ASAN könüllülərin iştirakı ilə “TÜTÜNSÜZ DÜNYA YARAT”, “TÜTÜNSÜZ GƏLƏCƏYƏ DOĞRU” və “TÜTÜNDƏN İMTİNA ET” şüarları yaradılaraq əhaliyə mesajlar göndərildi.

Aksiyanın sonunda iştirakçılara maarifləndirici materiallar paylanıldı və onlarla xatirə fotosu çəkildi.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.