• “Siqaret alma! Alma al!” aksiyasına start verildi (FOTO)
  • "ASAN xidmət" mərkəzində “Tütündən imtina səyyar kabineti” fəaliyyətə başladı (FOTO)
  • “Hərəkətdəsən! Pozitivsən!” şüarı altında gənclərin sağlamlıq festivalı keçirildi (FOTO)
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

17 NOYABR 2016

Mingəçevir şəhəri və Yevlax rayonunda İSİM-in mütəxəssisləri tərəfindən QİX və onların risk amillərinin qarşısının alınmasına dair təlimlər keçirildi

Son zamanlar səhiyyə sisteminin bütün səviyyələrində müşahidə olunan inkişaf, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin yüksək səviyyəli təmiri, təchizatı, müasir standartlara uyğun yeni tibb ocaqlarının yaradılması, ölkə üzrə tibbi yardımın təşkilinin təkmilləşdirilməsi, pilot olaraq regionlarda icbari tibbi sığortaya hazırlıq işlərinin görülməsi tibb işçilərinin ixtisas səviyyələrinin yüksəldilməsi məsələsini daha da aktual edir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycanda icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqi aparılan Mingəçevir şəhəri və Yevlax rayonunun Mərkəzi xəstəxanalarının ilkin səhiyyə səviyyəsində (İSX) çalışan həkimləri üçün 2016-cı ilin 14-15 və 16-17 noyabr tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssislərinin iştirakı ilə qeyri-infeksion xəstəliklər (QİX) və onların risk amillərinin qarşısının alınmasına dair təlimlər keçirildi.

Təlimlərin əsas məqsədi İSX səviyyəsində çalışan həkimlərin əhali arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınması üzrə bilik və bacarıqlarının gücləndirilməsi idi. Çünki səhiyyə xidmətləri QİX nəticəsində insanların səhhətinə dəyən zərəri aradan qaldırmağa çalışsa da, bu problemin həllində əhəmiyyətli nəticələr əldə etmək üçün məhz əhali ilə bilavasitə təmasda olan İSX-də çalışan tibb işçilərinin bilik və bacarıqları mühüm rol oynayır. Layihənin ilkin mərhələsində təlimlərə qeyd olunmuş regionlarda ilkin səhiyyə səviyyəsində çalışan 40 həkim cəlb olundu. Təlimlər zamanı ilkin səhiyyə səviyyəsində çalışan həkimlərin QİX-in profilaktikasında rolu, xəstə gəlişinin strukturu (anamnez, fiziki baxış, daxili orqanların vəziyyəti, müalicə planı və riskin azaldılması üçün profilaktik tədbirlər/məsləhətlər), insanın yaşına və cinsinə əsaslanan QİX-in risk faktorlarına aid profilaktik məsləhətlər; eləcə də bədən çəkisinin azaldılması, qidalanma, davranışın dəyişdirilməsi və s. məsələlərə xüsusi diqqət yetirildi.

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə müdarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın 9.3.2 və 9.3.3cü bəndlərinin və Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə həyata keçirilən bu layihənin sonuncu mərhələsində İSİM-in mütəxəssisləri tərəfindən təlim keçmiş həkimlər çalışdıqları rayon poliklinikalarının sahə həkimlərinə və həkim məntəqələrinin ailə həkimlərinə (ümumi olaraq 200 nəfər) İSİM-in mütəxəssislərinin nəzarəti  altında təlimlər keçəcək, bu da son nəticədə pasiyentlər arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınmasına müsbət təsir edəcək.

Təlimləndirilmiş həkimlər çalışdıqları rayon poliklinikalarının sahə həkimləri və həkim məntəqələrinin ailə həkimlərini Fəaliyyət Planının 4.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə həyata keçirilən bu layihənin sonuncu mərhələsində İSİM-in mütəxəssislərinin nəzarəti altında mövzu üzrə məlumatlandıracaq, bu da son nəticədə pasiyentlər arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınmasına müsbət təsir edəcək.

İştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş təlimlərin sonunda layihə üzrə növbəti fəaliyyətlərin həkimlərlə müzakirəsi və planlaşdırılması baş tutdu, iştirakçılara İSİM-də hazırlanmış təlim materialları paylanıldı.

Qeyd edək ki, ilkin səhiyyə xidməti səviyyəsində çalışan tibb mütəxəssisləri üçün layihə çərçivəsində “Qeyri-infeksion xəstəliklərin qarşısının alınması məqsədilə sübuta əsaslanan tibbi profilaktik tədbirlərə dair” metodik vəsait hazırlanması və Səhiyyə Nazirliyinin kollegiyasında təsdiqi üçün təqdim edilməsi də nəzərdə tutulub.