• İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər
  • İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzvlük haqqı qazandı

XƏBƏRLƏR bütün xəbərlər

18 OKTYABR 2016

İSİM-də yenidoğulmuşların reanimasiyası üzrə təlimlər davam edir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri (neonatloq və pediatlarlar) üçün “Neonatal Reanimasiya” üzrə  təlimlər keçirilməkdə davam edir. Hazırda, 2016-cı il 17-18 oktyabr tarixlərdə ümumi hesabla 5 iki-günlük təlimdən ikincisi baş tutdu. Bu dəfə təlimlərə İsmayıllı, Şamaxı, Sumqayıt, Kürdəmir regional doğuşayardım müəssisələrində çalışan həkim-mütəxəssislər cəlb olunmuşdular. Teoretik və praktik hissədən ibarət olan təlim kursu neonatal reanimasiya sahəsində istifadə edilən yeni texnologiyaların öyrədilməsi üçün məşğələlər formatında İSİM-in xüsusi avadanlıq və manekenlərlə təchiz olunmuş Təlim Mərkəzində keçirildi. 

Qeyd edək ki, növbəti təlimlərin oktyabrın 20-21-də Gəncə, Mingəçevir, Goranboy, Şəmkir, Tovuz, Qazax regional doğuşayardım müəssisələrindən dəvət olunan həkim-mütəxəssislərin iştirakı ilə keçiriləcəyi gözlənilir.