İSİM-in əməkdaşları ÜST-nin Bişkek şəhərində keçirilən müşavirəsində iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

25 AVQUST 2016

İSİM-in əməkdaşları ÜST-nin Bişkek şəhərində keçirilən müşavirəsində iştirak etdilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Qırğızıstanın paytaxtı Bişkek şəhərində 2016-cı ilin 23-25 avqust tarixlərində "Məktəb sağlamlığı və Qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası” mövzusunda ölkələrarası müşavirə keçirildi.

Müşavirədə Azərbaycanı Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdilər. 

Üç gün davam edən tədbirdə iştirakçılara  QİX-lə mübarizə çərçivəsində  məktəb sağlamlığı və məktəblərdə sağlamlığın təşviqi ətrafında beynəlxalq təcrübəyə və sübutlara əsaslanan faydalı məlumatlar təqdim edildi. İştirahdskçılar mövzu ilə bağlı ölkələrində həyata keçirilən tədbirlərdən söz açaraq təcrübələrini bölüşdülər. Eyni zamanda QİX və onun risk faktorlarının qarşısının alınması məqsədilə bütün məktəblərdə lazım olan şəraitin yaradılması, vacib olan tədbirlərin həyata keçirilməsi və ortaya çıxan çətinliklərin aradan qaldırılması yolları müzakirə olundu.

İSİM-in əməkdaşları müşavirədə, məktəbləri sağlamlığa təşviq etmək məqsədilə ölkəmizdə uğurla həyata keçirilən "Sağlam Təhsil - Sağlam Millət" layihəsi  haqda tədbir iştirakçılarını məlumatlandırdılar və layihə çərçivəsində əldə edilmiş müsbət nəticələri qeyd etdilər. 

Tədbirin sonunda ÜST-nin məktəb sağlamlığı ilə bağlı planlaşdırılan gələcək addımlarının açıqlanması iştirakçılar tərəfindən maraqla qarşılandı.