İSİM-in əməkdaşı məktəblilər üçün təşkil olunmuş tədbirdə çıxış etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

20 İYUL 2016

İSİM-in əməkdaşı məktəblilər üçün təşkil olunmuş tədbirdə çıxış etdi

20 iyul 2016-cı il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Bakının 12 nömrəli tam orta məktəbində maarifləndirmə məqsədilə tədbir təşkil olundu. Bu tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı həkim-metodist Nərgiz Kərimova yeniyetmələrə və gənclərə sağlam həyat tərzini aşılama və zərərli vərdişlərdən çəkinmə yolları haqqında məlumat verdi.  

Nizami rayonunun bir neçə məktəbin şagirdlərinin və müəllim heyətinin qatıldığı tədbir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planının 4.2 və 4.4-cü bəndlərinə müvafiq olaraq  həyata keçirilib. Bu bəndlər üzrə aparılan iş qeyri-infeksion xəstəliklərin (QİX) qarşısının alınması və nəzarətinin, o cümlədən QİX-in risk amillərinə qarşı (tütünçəkmə, qeyri-sağlam qidalanma, fiziki fəallığın az olması, spirtli içkilərdən sui-istifadə və s.) profilaktik tədbirlərin görülməsi, əhali, ailə, pasiyentlərin öz sağlamlıqlarının qorunması üzrə bilik və bacarıqlarının yaxşılaşdırılması və məsuliyyətin artırılması məqsədini daşıyır.

İştirakçıların marağına səbəb olan bu tədbirdə məruzəçi gənclərə tütünün və narkomaniyanın zərərləri və fəsadları, cinsi yolla ötürülən infeksiyalar, hepatit B, C, və İİV infeksiyası və s. mövzularda çıxış edərək bunlardan qorunma yolları haqqında məsləhətlər verdi. Sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacib olduğunu bildirən natiq qeyri-sağlam qidalanma, fiziki aktivliyin vacibliyi, spirtli içkilərdən sui-istifadənin zərərlini xüsusi olaraq  vurğuladı.

Daha sonra məruzəçinin müxtəlif xəstəliklərə meylli olan insanlar üçün məsləhətləri, tövsiyələri dinlənildi, hər bir iştirakçını maraqlandıran suallar cavablandırıldı. Sonda isə gənclərə İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.