Neonatal qayğı üzrə təlimçilər üçün təkmilləşdirmə təliminə başlanıldı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

30 NOYABR 2015

Neonatal qayğı üzrə təlimçilər üçün təkmilləşdirmə təliminə başlanıldı

2015-ci il noyabrın 30-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Neonatal qayğı üzrə təlimçilər üçün təkmilləşdirmə təliminə başlanıldı. Təlim antenatal yardım xidməti göstərən tibb müəssisələrinin 20 aparıcı neonatoloqu üçün beynəlxalq mütəxəssislər tərəfindən keçirilir.

Təlimdə neonatologiyada istifadə edilən yeni texnologiyalara və yenidoğulmuşlarda tez-tez rast gəlinən xəstəliklərin, xüsusilə də təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatlar və onların simulyasiyalar zamanı təcrübədə tətbiqi öyrədiləcək.

Təlimi ABŞ-dan xüsusi dəvət olunmuş mütəxəssislər Skott Qatri və Meri Li Lemley aparırlar. Prof. Skott Qatri ABŞ-ın Tennessi ştatının Neşvill şəhərinin Vanderbilt Universitetində neonatologiya üzrə klinik dosent vəzifəsində çalışır. Dr. Meri Li Lemley isə ABŞ-ın Vanderbilt Universitetinin regional pedaqoqu kimi fəaliyyət göstərir və  yenidoğulmuşların intensiv terapiyası üzrə təlimlərin keçirilməsində çoxillik təcrübəyə malikdir. Hər iki təlimçi Vanderbilt Universitetinin Uşaq Xəstəxanasının neonatal reanimasiya şöbəsində işləyir.

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının 3.2-ci bəndinə əsasən keçirilən təlim dekabrın 4-dək davam edəcək.