• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

2 NOYABR 2015

İSİM-in direktoru Cenevrədə keçirilən ticarət və ictimai səhiyyə üzrə seminarda iştirak etdi

2015-ci il oktyabrın 26-30-da İsveçrənin Cenevrə şəhərində ticarət və ictimai səhiyyə üzrə seminar keçirildi. Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən keçirilən seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov iştirak etdi.

Seminarda ölkə nümayəndələri səhiyyə, ticarət və əqli mülkiyyət arasında qarşılıqlı əlaqənin yaradılması istiqamətində öz təcrübələrini bölüşdülər. Həmçinin ticarət və ictimai səhiyyə arasında qarşılıqlı fəaliyyətin qurulmasında birgə iş və gələcək addımlar müzakirə olundu. Müzakirələrdə farmasevtik sənaye siyasəti, dərman preparatlarının yerli istehsalı, yeni texnologiyalara çıxış imkanları, tibb texnologiyaları iqtisadiyyatında innovativ yanaşmalarda əməkdaşlıq əlaqələrinə də diqqət çəkildi.

Seminar zamanı İSİM-in direktoru C.Məmmədov “İctimai səhiyyə, əqli mülkiyyət və əqli mülkiyyət hüquqlarının ticari aspektləri: innovasiyalar və dərman vasitələrinə əlçatanlıq, keçmişdən öyrənilənlər, gələcəyə ümidlə” mövzusunda simpoziumda da iştirak etdi. Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən keçirilən simpoziumun açılışında hər üç təşkilatın baş direktoru nitq söylədi. Simpoziumda ictimai səhiyyədə əqli mülkiyyət hüquqlarından, məcburi və könüllü lisenziya müqavilələrindən istifadənin rolu daxil olmaqla, tibbi texnologiyalarda ticarət, patent, innovasiya və əlçatanlıq arasında mürəkkəb əlaqələr barədə məlumat verildi. Səhiyyə sahəsində beynəlxalq, xeyriyyə və vətəndaş cəmiyyəti təşkilatlarının ekspertlərinin iştirak etdiyi nüfuzlu simpozium hökumətlərə və maraqlı tərəflərə məlumat mübadiləsi və əməkdaşlıq istiqamətində öz töhfəsini verdi.