• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

27 OKTYABR 2015

Moskvada “Səhiyyədə informasiya və səhiyyə siyasətinin formalaşdırılmasında elmi tədqiqatların nəticələrinin istifadəsinə dair Payız Məktəbi” öz işinə başladı

2015-ci il oktyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin təşkilatçılığı ilə Rusiya Federasiyasının Moskva şəhərində “Səhiyyədə informasiya və səhiyyə siyasətinin formalaşdırılmasında elmi tədqiqatların nəticələrinin istifadəsinə dair Payız Məktəbi” öz işinə başladı. Beş gün ərzində davam edəcək bu unikal təlim kursunun əsas məqsədi səhiyyənin informasiyalaşdırılması, səhiyyə problemlərinin həllində həmin məlumatların istifadəsi sahəsində Avropa regionu ölkələrinin səhiyyə qurumlarının kadr potensialının gücləndirilməsidir. Kurs əsasən səhiyyəyə dair məlumatların təhlili, elmi tədqiqatların və biliklərin inteqrasiyası, səhiyyə siyasətinin formalaşdırılması və icrası sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Azərbaycanı bu Payız Məktəbində Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Nabil Seyidov təmsil edirlər.

Payız Məktəbi zamanı “Sağlamlıq siyasəti-2020” sənədində yer almış məqsədli hədəflər və göstəricilərin təhlilinə və müzakirəsinə xüsusi diqqət yetiriləcək. Əhalinin sağlamlığının yaxşılaşdırılmasını nəzərdə tutan “Sağlamlıq-2020” adlı yeni Avropa regional siyasəti səhiyyənin informasiyalaşdırılması və Avropa regionunda səhiyyənin əsas indikatorları əsasında ölkələrarası müqayisəli təhlilin aparılması baxımından müzakirə olunacaq.

Yeni siyasət regionun bütün vətəndaşlarının sağlam olmaq haqqını bir daha dəstəkləyir, bu siyasətin reallaşdırılmasına görə bütün cəmiyyət və dövlət məsuliyyət daşıyır. “Sağlamlıq-2020” strateji idarəetmənin və sağlamlığın qorunması işinin təşkili, sağlamlığın qorunması və sağlamlığa nail olmaq üçün maneələrin azaldılması üçün yeni formalar təklif edir. Bu siyasət sosial ədalətə daha çox riayət etməklə sağlamlığın yaxşılaşdırılması və Avropada yaşayanların firavanlıq səviyyəsinin qaldırılması yollarını göstərəcək.

“Səhiyyədə informasiya və səhiyyə siyasətinin formalaşdırılmasında elmi tədqiqatların nəticələrinin istifadəsinə dair Payız Məktəbi” artıq üçüncü ildir ki, təşkil edilir. İlk kurs 2013-cü ildə Türkiyədə, növbəti kurs isə 2014-cü ildə Polşada keçirilib.